Yuxarı

Barrozodan Rusiya haqda qorxunc sözlər

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Komissiyasının prezidenti Xose Manuel Barrozo Rusiya haqqında fikirlərini bölüşüb.

Axar.az xəbər verir ki, Barrozo Rusiya təhlükəsinə toxunaraq Avropa Birliyinin (AB) bu istiqamətdə böyük rola malik olduğunu deyib:

"AB olmasaydı, Rusiya çoxdan Bolqarıstan və Baltikyanı ölkələri işğal etmişdi. Rusiya Ukrayna ilə kifayətlənməyəcəkdi. Avropaya hücum tam real olacaqdı. Bir anlıq fikirləşin ki, AB yoxdur. O zaman indi təkcə Ukrayna böhranını deyil, bütün Avropa böhranını müzakirə edərdik. Böyük ehtimalla Bolqarıstan və Baltikyanı ölkələr artıq Rusiyanın tərkibində idi. Tam səmimi deyirəm ki, bu bir reallıqdır".

Yaxın vaxtlarda vəzifəsini təhvil verməyə hazırlaşan Barrozo başçı olduğu dövrdə AB-nin genişləndiyini də dilə gətirib:

"Son illərdə ətrafımız xeyli genişləndi. Amma buna baxmayaraq, qərar verərkən yeni üzvlər yox, daha çox köhnə birlik üzvləri buna qarşı çıxırdı".

Vəzifə müddəti boyunca Barrozonun ən böyük müvəffəqiyyətlərindən biri AB-nin genişlənməsi olub. 2004-cü ildə 10 ölkə - Polşa, Çexiya, Slovakiya, Macarıstan, Sloveniya, Litva, Latviya, Estoniya, Kipr və Malta, 2007-ci ildə Bolqarıstan və Rumıniya, 2013-cü ildə isə Xorvatiya AB-yə üzv olub.

Tarix
2014.10.31 / 14:01
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Digər xəbərlər

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

Bakıdan sülh sazişi ilə bağlı təkliflər aldıq - İrəvan

İrəvan Bakıdan sülhlə bağlı növbəti təklifləri aldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla