Yuxarı

Ərdoğan: “İran məzhəb qarşıdurması yaradır”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Paris səfəri çərçivəsində mətbuat konfransı keçirib.
Axar.az xəbər verir ki, Fransa Beynəlxalq Əlaqələr İnstitutunda təşkil olunan konfransda danışan Ərdoğan İraq və Suriyada yaranmış problemə görə İranı tənqid edib:

"İran ilə Türkiyə problemin həllində vahid mövqe nümayiş etdirsəydi, Qərb ölkələrinə lüzum qalmazdı. Bizim də dinimiz islamdır, İranın da dini islamdır. Amma bu məzhəb yanaşması çətinliklər yaradır".

İraq ordusunun 100 faizini şiələr təşkil etdiyini deyən Ərdoğan ölkədə sünnilərin də yaşadığını xatırladıb:

"Hazırda İraq ordusunun 100 faizi şiədir. Amma burada sünni də yaşayır. Burada İran özünə sərf edən mühit yaradıb. Suriyada da yenə İranın məzhəb təəssübkeşliyini görürük. Suriya rəhbərliyi də arxasını gah İrana, gah da Rusiyaya çevirir. Bu mövzuda Rusiya ilə yaxşı münasibətlərimiz olsa da, həll edə bilmədik".

Krım məsələsinə də toxunan Ərdoğan yarımadanın Rusiyaya birləşdirilməsini işğal adlandırıb:

"Rusiya və Ukrayna iki ayrı dövlətdir. Burada Rusiyanın Krımı işğal etməsini qəbul etmirik. Edə bilmərik. Krım əhalisinin 14 faizini Krım türkləri təşkil edir. Ukraynada müvəqqəti deyil, müddətsiz sülh hakim olmalıdır".

Tarix
2014.10.31 / 23:45
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Digər xəbərlər

Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq... - Prezident

Berlində Əliyevə qarşı erməni aksiyası: Muxtarlı da ordadır

Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı olacaq

İlham Əliyev Almaniyada: Fotolar nələr “danışır”...

Hindistan Bakının iradlarına cavab verdi

Son vaxtlar Almaniyaya səfərlərim... - Prezident

Şolts bu mübarizəsinə görə İlham Əliyevə təşəkkür etdi

4 kənd qaytarıldı, mərkəz bağlandı: Yaxşı fürsətlər var...

Son görüşdə hər ikiniz məni buna əmin etdiniz - Şolts

Əliyev və Şolts medianın suallarını cavablandırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla