Yuxarı

Həkim-firma əməkdaşlığına necə son qoymaq olar?

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səhiyyə Nazirliyinin reseptlərin yeni formada yazılması üçün vahid resept blankları da "həkim-firma" əməkdaşlığına son qoya bilməyib.

Axar.az Trend.az-a istinadən xəbər verir ki, nazirliyin vahid resept blankları həkim-firma əməkdaşlığında effektsiz olub.

Qeyd edək ki, bir çox ölkələrdə, o cümlədən qonşu Rusiyada "həkim-firma" əməkdaşlığına imkan verməmək üçün çox effektiv bir üsuldan istifadə edilir. Belə ki, reseptlərdə dərmanların adları deyil, onların aktiv maddələrinin adı yazılır.

Bu məqsədlə bir neçə il əvvəl "həkim-firma" əməkdaşlığına qarşı mübarizə aparmağa başlayan Səhiyyə Nazirliyi də problemin həlli üçün firma blanklarında reseptlərin yazılmasına qadağa qoydu. Həmçinin həkimlər qarşısında reseptlərin nazirlik tərəfindən təsdiqlənmiş vahid resept blanklarında yazılması tələbini irəli sürdü. Bu məqsədlə nazirlik tərəfindən çap olunmuş blanklar dövlət və özəl tibb müəssisələrinə paylandı. Ancaq xəstəxanaların çoxunda nazirliyin əmri ilə təsdiq edilmiş blanklardan istifadə edilsə də, bu tədbir tam səmərə verə və gizli əməkdaşlığa son qoya bilməyib.

Həmçinin bu əməkdaşlığa son qoymaq üçün dərman şirkətlərinin nümayəndələrinin xəstəxanalara daxil olması ilə bağlı müəyyən məhdudiyyətlər tətbiq edilsə də, bu da heç bir səmərə verməyib.

Səhiyyə nazirinin müavini Elsevər Ağayevin fikrincə, dərman şirkətlərinin nümayəndələri həkimlərə yeni dərmanların tanıdılmasını sivil formada həyata keçirməlidir:

"Əgər yeni dərmanlar dövlət qeydiyyatından keçibsə, onlar həkimlərə tanıdılmalıdır. Amma dərman şirkətlərinin nümayəndələri bunun üçün ayrı-ayrı həkimlərin qəbuluna bir-bir getməli deyil. Xəstəxanalarda həkimlər üçün keçirilən 5 dəqiqəlik iclaslarda həkimlərə yeni firma dərmanları barədə məlumatlar verilə bilər".

İnsanların sağlamlığının tibb sahəsində çalışanlar üçün ən önəmli məsələ olduğunu xatırladan E.Ağayev bu məsələnin həllini həm də həkimin özünün vicdanına buraxır:

"Bizim borcumuz həkimlərimizi xəbərdar etməkdir. Biz baş mütəxəssislərimizə də deyirik ki, bu istiqamətdə təbliğat işi aparsınlar. Xəstəyə lazım olmayan dərmanı heç bir halda yazmaq olmaz. Artıq bu məsələ bir qədər həkimin vicdanına da buraxılır. Dərmanın seçimi bir tərəfdən xəstənin özündən asılıdır. İnsanların bu sahə üzrə bir qədər maarifləndirilməsinə ehtiyac var. Onlar özləri də haqlarını tələb edə bilərlər".

Səhiyyə sahəsi üzrə tanınmış mütəxəssis, həkim Qalib Əliyev isə bildirib ki, belə əməkdaşlıqların qarşısını almaq üçün ilk növbədə həkimlərin əməkhaqlarını qaldırmaq lazımdır və digər kompleks tədbirlər həyata keçirmək lazımdır ki, onun əlavə gəlir əldə etmək üçün yollar fikirləşməsinə ehtiyac qalmasın.

Q.Əliyevin sözlərinə görə, dünyanın çox ölkələrində reseptlərdə firma dərmanlarının adlarının yazılması qadağan edilib:

"Buna görə də Azərbaycanda da belə halların qarşısını almaq üçün reseptlərdə dərmanların adları deyil, onların tərkibindəki əsas aktiv maddənin adı qeyd edilməlidir. Məsələn, xəstəyə tərkibində dəmirlə zəngin olan dərman preparatı lazım olduğu zaman reseptə həmin dərmanın adı deyil, dərman preparatının adı yazılmalıdır. Belə olduqda hansı ölkənin və ya şirkətin dərmanının alınmasını xəstə özü müəyyən edə və seçim apara biləcək".

Tarix
2014.11.12 / 14:58
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla