Yuxarı

Azərbaycanda uşaq telekanalı yaradılır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycanda uşaq televiziya kanalının yaradılmasına nail olacağıq".

Trend-in məlumatına görə, bu fikri Milli Məclis sədrinin müavini Bahar Muradova bu gün parlamentdə "Uşaq Hüquqları Konvensiyasının 25 illiyi: reallıqlar və perspektivlər" mövzusunda keçirilən konfransda deyib.

Vitse-spiker bildirib ki, uşaq hüquqlarının müdafiəsi dünyada hər bir dövlət, o cümlədən Azərbaycan üçün prioritet istiqamətlərdəndir: "Gələcəyimiz uşaqların əlindədir. Gələcəkdə onların əldə edəcəyi uğurlar biz böyüklərin göstərdiyi xidmətdən asılıdır. Biz uşaq hüquqları ilə bağlı bir sıra qanunlar qəbul etmişik. Milli Məclis ali qanunverici orqan kimi uşaq hüquqlarının təmin edilməsinə, bu yöndə qanunvericilik bazasının təkmilləşdirilməsinə çox ciddi önəm verir. Təsadüfi deyil ki, parlament uşaq hüquqları ilə bağlı bütün sazişlərə, konvensiyalara qoşulub, lazımi qanunları qəbul edib".

Onun sözlərinə görə, Azərbaycan müstəqillik əldə etdikdən sonra uşaq hüquqlarının qorunması istiqamətində mühüm işlər görülüb: "Biz ölkədaxili siyasət aparmaqla yanaşı, beynəlxalq təşkilatlarla da əməkdaşlığı yüksək səviyyədə inkişaf etdirməyə çalışırıq. UNİCEF-lə əməkdaşlığa xüsusi diqqət yetiririk. Ölkədə uşaq hüquqlarının qorunması o zaman geniş vüsət aldı ki, bununla bağlı qurum yaradıldı. Bu sahədə qazanılan təcrübənin öyrənilməsi UNİCEF-ə üzv olan digər dövlətlər üçün də maraqlıdır. Uşaq hüquqlarının və gender bərabərliyinin qorunması ilə bağlı qəbul edilən maddələr çox təqdirəlayiqdir".

Vitse-spiker deyib ki, Azərbaycanda daim uşaqlara xüsusi münasibət göstərilib, həmçinin ailə institutu çox möhkəm olub: "Gələcəkdə də hansısa qlobal problemlərin, faktorların bu amilə təsir edəcəyi ehtimalını qəbul edə bilmərik".

Tarix
2014.11.21 / 11:18
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla