Yuxarı

Bakıda polislər niyə bıçaqlandı? – Səbəb

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Nyu Yorkda məhz bu proqram sayəsində cinayətlərin sayı 84 faiz azalıb".

Bu sözləri Axar.az-a açıqlamasında psixoloq Dəyanət Rzayev son günlərdə yol polislərinə qarşı iki ardıcıl zorakılıq halının baş vermə səbəbini şərh edərkən dedi. Psixoloqun sözlərinə görə, əsas günahkar cəmiyyətdir:

"Öncə araşdırılmalıdır ki, hadisə hansı zəmində baş verib. Bilirsiniz, bizdə "polis mənim dostumdur" anlayışı yoxdur. Dünyanın ən təhlükəli şəhəri sayılan Nyu Yorkda məhz "polis mənim dostumdur" proqramının sayəsində cinayətlərin sayı 84 faiz azalıb. Niyə bizdə olmasın? Düzdür, əvvəllər polislər rüşvət alırdı. Bu da polisin imicinə ciddi ziyan vururdu. Amma indi rüşvət xeyli azalıb, əvəzində isə polisə münasibət sovet dönəmindəki kimidir. Bu sindromu qırmaq lazımdır. Azərbaycanda polis-vətəndaş münasibəti heç də ürəkaçıcı deyil. Polislər də vətəndaşdır, onları cəmiyyətdən ayırmaq olmaz. Etiraf edək ki, hamı polisdən qorxur və bu qorxu da psixoloji olaraq əks-rekasiya, aqressiya doğurur. Polisdən qorxmaq yox, hörmət etmək, onu anlamaq lazımdır".

Psixoloqun sözlərinə görə, polis sıralarında qadın polislərə xüsusi yer verilməlidir:

"Polis sıralarında qadınların sayı artırılmalıdır. Əsasən də sahə müvəkkili və yol polisi içərisində qadın polislərin olmasını təklif edirəm. Çünki ailə-məişət zəminində baş verən hadisələrin qarşısının alınmasında bu, ideal variantdır. Qadınlara münasibət də fərqlidir. İstər-istəməz hər hansı bir sürücü sıravi polislə danışdığı tərzdə qadınla danışmayacaq. Bunları nəzərə almaq lazımdır".

Elmi-Praktik Hüquq Mərkəzinin eksperti, sabiq polis rəisi Mahmud Hacıyev isə ölkədə nadir hallarda olsa da, bu cür hadisələrin zaman-zaman baş verdiyini, ona görə də xüsusi narahatlığa ehtiyac olmadığını dedi. Polis zabiti baş verən hadisələrin normal olduğunu desə də, polis-vətəndaş münasibətlərinin arzuolunan səviyyədə olmadığını da qeyd etdi:

"Bu hadisələrə cinayət tərkibi prizmasından yanaşmaq lazımdır. Yəni istər bu cinayət əməli polisə qarşı olsun, istər hakimə qarşı, istərsə də müəllimə qarşı, fərqi yoxdur, bu cinayətdir. Əsas odur ki, məsələyə cəmiyyət və cinayət kontekstindən yanaşaq. Cəmiyyət olan yerdə cinayət də olmalıdır. Söhbətin ikinci tərəfi isə odur ki, son iki gündə polisə qarşı 2 zorakılıq halı baş verib. Öncə araşdırılmalıdır ki, bu, hansı şəraitdə baş verib. Əgər polis öz xidməti vəzifəsini icra edərkən belə hal baş veribsə, ciddi və sərt tədbir görüləcək, əmin ola bilərsiniz".

M.Hacıyev polisə qarşı zorakılıq faktının ənənəyə çevrilməməsi üçün həddən artıq sərt tədbirin də əleyhinə çıxdı:

"Polisə qarşı zor tətbiq etmək halları Sovet dövründə də olub. Bir neçə il öncə Balakəndə posta hücum oldu və 3 polis öldürüldü. Cəzanın sərtləşdirilməsinə isə ehtiyac yoxdur. Qanunla polisə zor tətbiq edənlərə qarşı cəza kifayət qədər ağırdır. Qanunvericilik o şəxslərin ciddi cəzalanmasına kifayət edir".

Xatırladaq ki, noyabrın 18-də Nərimanov Rayonunun , Xətai prospektində avtoxuliqanlıq edən 1966-cı il təvəllüdlü Namiq Xanəliyev yol polisi inspektoruna xəsarət yetirib. Bu hadisədən dərhal sonra 17-ci Polis Bölməsi əməkdaşları keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətkarı yaxalayıb.

Bu hadisədən 24 saat sonra isə paytaxt ərazisində yol polisləri bıçaqlanıb. Binəqədi rayonunda baş verən hadisə zamanı polislər vəzifə başında olub. Bıçaqlanan polis baş serjantı Nicat Bayramov və kiçik serjant Yasin Umudov ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə gətirilib. Hadisəni törədən şəxslər isə artıq saxlanılıblar.

Xarici ölkələrdən fərqli olaraq, Azərbaycan cəmiyyətinə polisə qarşı zorakılıq xas deyil. Ona görə də ənənəmizdə olmayan və alışmadığımız bu zorakılıq hallarına bəzi ekspertlər narahatedici hal kimi yanaşırlar.

Tarix
2014.11.22 / 13:20
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Digər xəbərlər

Əliyevin Berbokla görüşü keçirilir

Media məkanımızı bundan qorumalıyıq - Prezident

Həmvətənlərimiz Prezidenti belə qarşıladı - Video

Sülhə doğru əlavə addımlar atırıq - Prezident

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

COP29 qarşıdurma arenası olmayacaq - İlham Əliyev

Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq... - Prezident

Berlində Əliyevə qarşı erməni aksiyası: Muxtarlı da ordadır

Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı olacaq

İlham Əliyev Almaniyada: Fotolar nələr “danışır”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla