Yuxarı

Rayonlarda protez-ortopedik bərpa xidməti

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

6 rayonda səyyar protez-ortopedik bərpa xidməti təşkil ediləcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Axar.az-a verilən məlumata görə, nazirlik tərəfindən bölgələrdə yaşayan əlilliyi olan şəxslərə səyyar protez-ortopedik bərpa xidməti dekabrın 3-5-də daha 6 rayonda (Şirvan, Hacıqabul, Sabirabad, Saatlı, İmişli, Zərdab) davam etdiriləcək.

Bakı Protez-Ortopedik Bərpa Mərkəzinin əməkdaşlarından ibarət səyyar tibbi-texniki briqada dekabrın 3-də Şirvan və Hacıqabul, dekabrın 4-də Sabirabad və Saatlı, dekabrın 5-də isə İmişli və Zərdab rayonlarının əlilliyi olan sakinlərinə səyyar formada protez-ortopedik bərpa xidməti həyata keçirəcək. Qeyd olunan rayonlar üzrə dayaq-hərəkət sistemi pozulmuş və protez-ortopedik bərpa xidmətinə ehtiyacı olan şəxslər artıq qeydiyyata alınıb. Üç gün ərzində həmin şəxslər ehtiyaclarına uyğun olaraq, yuxarı və aşağı ətraf protezləri, ortopedik ayaqqabı, müxtəlif reabilitasiya vasitələri və s. ilə təmin ediləcəklər.

Ötən ilin sonlarında ƏƏSMN-nin müvafiq Əmrinə əsasən, nazirliyin Bakı Protez-Ortopedik Bərpa Mərkəzinin mütəxəssislərindən ibarət olmaqla yaradılmış səyyar tibbi-texniki briqada ötən müddətdə ölkənin müxtəlif rayonları üzrə 800 nəfərdən çox əlilliyi olan şəxsə və sağlamlıq imkanları məhdud olan uşağa səyyar formada protez-ortopedik bərpa xidməti göstərib.

Tarix
2014.11.26 / 13:59
Müəllif
Nigar İsmayılqızı
Şərhlər
Digər xəbərlər

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla