Yuxarı

BMT ABŞ-ı polis zorakılıqlarında günahlandırdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Birləşmiş Millətlər Təşkilatı ABŞ-ı ölkədəki polis zokakılıqlarını araşdırmağa çağırıb. ABŞ-ın Missuri ştatında münsiflər məhkəməsi silahsız qaradərili yeniyetməni öldürən ağdərili polisə qarşı ittiham sürmədiyi üçün Ferqusonda etiraz aksiyaları davam edir.

"Amerikanın səsi" xəbər verir ki, BMT komitəsi cümə günü yaydığı bəyanatda ABŞ-da polisin irqi azlıqlar və etnik qruplara qarşı zorakılığı və hədsiz zor tətbiq etməsi ilə bağlı narahatlığını bildirib. Komitə polisin qaradərili insanları güllələməsini və öldürməsini "tez-tez təkrarlanan" hal adlandırıb.

Panelin 10 müstəqil ekspertindən biri Cens Modviq bildirib ki, ABŞ rəsmiləri belə şikayətlər və onların təkibi barədə heç bir məlumat verməyib.

"Bizim ABŞ polisinin hədsiz güc tətbiq etməsi və əsasən də etnik qrupları və qaradərili əhalini hədəf alması barədə məlumatımız var və bu, bizi narahat edir. Ona görə də, komitə polis zorakılığı və hədsiz güc tətbiq etmə hallarının araşdırılmasına və lazımı tədbirlərin görülməsinə ehtiyac hiss edir.

BMT komitəsinin paneli ABŞ-ın işinə 2006-cı ildən bəri ilk dəfədir baxır. Panel mütəmadi olaraq BMT-nin işgəncəyə qarşı müqaviləsini təsdiqləyən 156 ölkədə işgəncə hallarını yoxlayır.

Tarix
2014.11.29 / 10:00
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Media məkanımızı bundan qorumalıyıq - Prezident

Həmvətənlərimiz Prezidenti belə qarşıladı - Video

Sülhə doğru əlavə addımlar atırıq - Prezident

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

COP29 qarşıdurma arenası olmayacaq - İlham Əliyev

Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq... - Prezident

Berlində Əliyevə qarşı erməni aksiyası: Muxtarlı da ordadır

Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı olacaq

İlham Əliyev Almaniyada: Fotolar nələr “danışır”...

Hindistan Bakının iradlarına cavab verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla