Yuxarı

ARDNŞ Mançesterdə tanınmış konfransda - Foto

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 25-26-da Böyük Britaniyanın aparıcı ticarət assosiasiyası olan Enerji Sənayeləri Şurasının (The Energy Industries Council) və Birləşmiş Krallığın Ticarət və Sənaye agentliyinin (UK T&I) birgə təşəbbüssü ilə Mançesterdə "EIC Connect: Oil and Gas-2014" sərgi-konfransı keçirilib.

Açılış mərasimində Birləşmiş Krallığın ticarət və sərmayələr üzrə dövlət naziri Lord Livingston çıxış edib. 200-dən artıq şirkətin qatıldığı tədbirdə ARDNŞ fəal iştirak edib.

ARDNŞ-nin nümayəndə heyəti Azərbaycanda həyata keçirilən iri neft və qaz layihələrində yerli biznesin iştirakı, birgə fəaliyyətlər və yeni sənaye məhsullarının istehsalı perspektivləri mövzularında müzakirələr aparıb, əldə olunmuş uğurlar barədə məlumat veriblər. ARDNŞ-nin Baş Ofisinin əməkdaşı Təbriz Əmmayev konfransda çıxış edib, ARDNŞ-nin Böyük Britaniya nümayəndəliyinin rəhbəri Rüfət Əfəndiyev şirkətin yeni Neft-qaz və neft kimya Kompleksi, Star Neft Emalı zavodu və "Cənub Qaz Dəhlizi" layihələri barəsində geniş təqdimat keçirmişdir. Auditoriyanı maraqlandıran suallar cavablandırılıb. ARDNŞ-nin təmsilçiləri "Azərbaycanın neft və qaz sektorunda yerli biznes resurslarından istifadənin və eyni zamanda yerli biznes subyektlərinin iştirakının artırılması" mövzusunda biznes-seminar təşkil edib, iştirakçılara cari nəticələr və gələcək perspektivlər barəsində məlumat veriblər. Tədbirin sonunda Enerji Sənayeləri Şurasının Neft və Qaz bölməsinin rəhbəri Neil Golding ARDNŞ-nin iştirakının yüksək qiymətləndirildiyini və əməkdaşlığın daha da gücləndirilməsində maraqlı olduqlarını ifadə edibb. Gələn il Böyük Britaniya şirkətlərinin nümayəndələrindən ibarət qrupun Azərbaycana səfərinin planlaşdırıldığı bildirilmiş və həmin ərəfədə Bakıda biznes seminarın keçirilməsi barədə təklif irəli sürülüb.

Tarix
2014.11.29 / 10:36
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Son görüşdə hər ikiniz məni buna əmin etdiniz - Şolts

Əliyev və Şolts mətbuat konfransı keçirirlər

Əliyevlə Şoltsun Berlində geniş tərkibdə görüşü başa çatdı

İranlı mollalar özlərini ifşa etdi, Əliyevi təsdiqlədilər!

Əliyevlə Şoltsun təkbətək görüşü oldu

Ermənistan Azərbaycanın beşdə birini işğal etdikdən sonra...

Ağdamda heç nə etməyən mərkəz bağlandı

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

COP29 bizə imkan verəcək ki... - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla