Yuxarı

Qafqazın beyni: Tiflis necə çürüyür – Foto-reportaj

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tiflisi gəzərkən hər küçədə dilənçi görmək olar. Şəhər infrastrukturuna nəzər salsaq, görərik ki, yeni tikililər azdır, nəqliyyat yenilənməyib. Bir sözlə, səni kasıb şəhər qarşılayır. Lakin şəhər özünün tarixiliyini qoruyub saxlaya bilib. Yeni tikililər azdır və yaşıllıq olduğu kimi qorunub.

İlk baxışda tarixi Avropa şəhəri görünüşünü əks etdirən Tiflis şəhər mədəniyyəti və təmizliyi ilə göz oxşayır. Təsadüfi deyil ki, turistlər ilk növbədə Qafqazın düşünən beyni və mədəniyyət paytaxtı olan Tiflisə üz tutur.

***

Gürcüstanda iqtisadi vəziyyətin getdikcə daha da ağırlaşması ölkəni təhlükəli situasiya ilə üz-üzə qoyub.

Larinin sürətlə ucuzlaşması fonunda dolların bahalaşması, iqtisadi islahatların demək olar ki, dayandırılması və narazı kütlənin gün-gündən artması Qafqazın demokratiya beşiyinin iflasına yol açıb.

Paytaxt sakinləri ilə qısa söhbətimiz zamanı məlum oldu ki, hökumət bir müddət öncə insanların iqtisadi vəziyyətinin qismən yaxşılaşdırılması və problemlərin bir müddət unudulması üçün əməli addımlar atıb. Belə ki, cari ilin dövlət büdcəsindən xərclənməyən vəsait dövlət işində çalışan müəllimlərə, polislərə, həkimlərə və digər peşə sahiblərinə əlavə vəsait şəkilində ödənilib.

Ümumilikdə "Gürcüstan iqtrisadi böhran dövrünü yaşayır" deyə bilərik. Əhali sosial problemlərdən yaxa qurtara bilmir, maaş az, gəlir yeri yox. Demokratik islahatların ardından sosial problemlərlə üzləşən gürcü xalqı hazırda müstəqil, Rusiyadan üz döndərmiş ölkədə yoxlulluqdan şikayətçidir. Ac xalqın demokratiya arzusunun absurd fikir olduğunu söyləyən şəhər sakinləri birmənalı olaraq düşdükləri çətin və çıxılmaz vəziyyətin qurbanı sayıla bilər.

Ukrayna böhranı və Krımın ilhaqından sonra Qərbin sanksiyaları ilə üzləşən Rusiya cavab olaraq Qərbdən idxal olunan bütün məhsullara embarqo tətbiq edib. Bu embarqo səbəbindən daxili bazar tələbini ödəmək üçün şimal qonşumuz digər ökələrlə olduğu kimi, Gürcüstanla da əlaqələrə yenidən nəzər yetirməyə məcbur olub. Şəhər sakinləri ilə söhbət zamanı məlum oldu ki, Rusiya-Gürcüstan müharibəsindən sonra gürcü mallarının Rusiyaya idxalına qoyulan embarqo artıq ləğv olunub. İndi gürcülər rahat şəkildə öz mallarını Rusiya bazarında sata bilir.

5 milyonluq gürcü xalqının təxminən üçdə birinin Rusiyada immiqrant olması nəticəsində ölkəyə gələn kapital axını və embarqonun ləğvi xalqın sosial rifahına elə də ciddi təsir etməyib. Məsələn, hazırda Tiflis küçələrində 1 dollar 2 lariyə satılır. Bu, xalq üçün olduqca ağır durumdur. Azərbaycan manatının dollardan xırda fərqlə satılması bu ölkəyə qonaq gələn vətəndaşlarımız üçün olduqca əlverişli fürsət yaradır. Qiymətlərdə də ucuzluq müşahidə olunur. Əlbəttə ki, bu, hökumətin yürütdüyü siyasətlə yox, iqtisadi nizamsızlıqla bağlıdır.

***

2013-cü ildə Mixail Saakaşvili hakimiyyəti sona çatdıqdan sonra xalq böyük problemlərin qucağına düşdü. Qərbə inteqrasiya və müəyyən islahatlar reallaşsa da, Rusiya ilə çəkişmə, qısa müharibə, ölkənin parçalanması və nəticədə iqtisadi böhran ölkəni ağır duruma salıb. Hazırda əhali Georgi Marqvelaşvili hakimiyyətindən elə də narazı deyil. Bu xalqın indi yeganə dərd-səri sosial problemlərdir.

Bakı-Tiflis-Bakı

Tarix
2014.12.09 / 09:22
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Digər xəbərlər

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

Bakıdan sülh sazişi ilə bağlı təkliflər aldıq - İrəvan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla