Yuxarı

Emberto Eko ilə "Şərqin Borxesi" görüşdü - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müəllifi olduğu "Yarımçıq əlyazma" romanının İtaliyada keçirilən təqdimat mərasimlərinə qatılan Kamal Abdulla dünya şöhrətli yazıçı Umberto Ekonun dəvəti ilə onunla evində görüşüb.

Kult.az xəbər verir ki, Umberto Eko Kamal Abdullanı dünyanın ən məhşur kitabxanaları ilə müqayisə olunacaq dərəcədə zəngin kitabxanası ilə tanış edib, qədim əlyazmalardan tutmuş müasir nəşrlərə qədər seçilmiş nadir nüsxələr barədə maraqlı məlumat verib.

Görüş zamanı Kamal Abdulla Azərbaycan haqqında, tariximiz, mədəniyyətimiz, incəsənətimiz, ölkəmizdə mövcud olan tolerant və multikultural mühit, "Kitabi-Dədə Qorqud" dastanları və qədim yunan, Roma mifləri arasındakı səsləşmə, Azərbaycan torpaqlarının erməni silahlı birləşmələri tərəfindən işğalı faktı, Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət siyasəti və digər ədəbi-mədəni konseptual məsələlərlə bağlı Umberto Eko ilə fikir mübadiləsi aparıb.

Kamal Abdullanın "Sandro Teti" nəşriyyatı tərəfindən italyan dilində çap olunmuş "Yarımçıq əlyazma" romanını oxuduğunu bildirən Umberto Eko belə bir romanla yazıçını təbrik edib və ona öz ürək sözlərini çatdırıb.

Görüşdə iştirak edən nəşriyyat müdiri Sandro Teti Umberto Ekoya professor Franko Kardininin romana yazığı ön sözlə bağlı sual verib: "Professor Kardini ön sözdə qeyd edir ki, Kamal Abdulla, heç şübhəsiz, qraf Pototski, dahi Manzoni və həmçinin professor Ekonun bəyənib təqdir edəcəyi bir əsər ilə bizi onlar kimi təəccübləndirir və çaşqınlıq yaradır. Professor Kardiniyə inanmaq olarmı?" Suala dahi yazıçı gülümsəyərək belə cavab verib: "Bu məsələdə mənimlə bağlı professor Kardiniyə inanmaq olar, Manzoni ilə bağlı isə o, bu dünyada olmadığından Allahdan soruşmaq lazımdır".

Görüş əsnasında Kamal Abdulla professor Umberto Eko və xanımını Azərbaycana dəvət edib. Dəvət ev sahibləri tərəfindən məmnuniyyətlə qəbul edilib.

Xatırladaq ki, Türkiyədə məşhur müəllifin imzası ilə dərc olunan məqalədə Kamal Abdulla barədə "Azərbaycanın Ekosu və Borxesi" fikri geniş yayılıb və hətta müəllif sevdiyi bu iki yazıya bənzədilməsindən narahat olmadığını dilə gətirib.

Tarix
2014.12.15 / 21:30
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramov Bəhreyn Krallığına rəsmi səfərə yola düşdü

Bayramov Nəhyanla regionu müzakirə etdi

Yeni açılan Ağdam Avtovağzal Kompleksindən görüntülər

İranlı nazirə canlı yayımda “donuz” dedilər - Qalmaqal

Prezident bu sözləri deyərkən kövrəldi - Video

İlham Əliyev onları ayaqüstə alqışladı - Video

Mehriban Əliyeva Ağdam səfərindən video paylaşdı

Prezidentin vətəndaşla söhbəti: Mənim də ad günümdür - Video

Yekun qərarı Bakı verəcək - Ərdoğanın müşaviri

Prezident və xanımı Ağdam Muğam Mərkəzinin açılışında

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla