Yuxarı

Kamal Abdulla: "Qorxunc tendensiyanın kökləri öyrənilir"

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kamal Abdulla: "Qorxunc tendensiyanın kökləri öyrənilir"

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev ATƏT-in Bakı layihə əlaqələndiricisi Aleksis Şaxtaxtinski ilə görüşüb.

AzərTAc xəbər verir ki, görüşdə Prezident İlham Əliyevin "Rossiya-24" telekanalına verdiyi müsahibədə toxunduğu Azərbaycan multikulturalizmi, ölkəmizdəki tolerantlıq ənənələri, son zamanlar islam dünyasında baş verən prosesləri dəyərləndirərkən söylədiyi fikirlər, eləcə də dünyada baş verən soyqırımı cinayətlərinin öyrənilməsi və tanıdılması, yaxın gələcəkdə ATƏT-in Bakı nümayəndəliyi ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin birgə həyata keçirəcəyi layihələr haqqında fikir mübadiləsi aparılıb.

Səfir A.Şaxtaxtinski ATƏT-in Bakı Layihə Əlaqələndiricisi Ofisinin yerli qurumlarla birgə ötən ay Azərbaycanda keçirdiyi "Dini tolerantlığın möhkəmləndirilməsi (Azərbaycan modeli, ATƏT regionu və onun hüdudlarından kənarda çağırışlar)" mövzusunda beynəlxalq konfransın iştirakçılarına Prezident İlham Əliyevin müraciətini yüksək dəyərləndirib və bu tədbirə göstərdiyi həssas münasibətə görə dövlət başçısına minnətdarlığını bildirib. Diplomat deyib ki, konfransa dəvət olunmuş xarici qonaqlar ölkədəki ümumi vəziyyətdən çox razı qaldıqlarını bildiriblər. Səfir, həmçinin ATƏT-in bu gün dünyada etnik, dini və digər zəmində baş verən hadisələrin qarşısının alınması, ayrı-ayrı ölkələrin təhsil sistemlərində soyqırımı cinayətlərinin tədrisi praktikasının öyrənilməsi, ksenofobiya, antisemitizm, islamofobiya kimi qorxulu hərəkatlarla bağlı maarifləndirmə işinin gücləndirilməsindəki fəaliyyəti haqqında məlumat verib.

Dövlət müşaviri Kamal Abdullayev bu gün dünyada baş verən qorxunc tendensiyaların tarixi köklərinin öyrənilməsi, onlara qarşı preventiv tədbirlərin görülməsi, ölkəmizdə olan tolerant və multikultural mühitin qorunub saxlanılması, antisemitizm, islamofobiya kimi təhlükəli axınların Azərbaycana ayaq açmasını əngəlləmək məqsədilə Prezident İlham Əliyevin Fərmanı ilə yaradılan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin əsas fəaliyyətinin insanları maarifləndirmək olduğunu diqqətə çatdırıb. O, ölkəmizin və bir sıra xarici dövlətlərin universitetlərinin növbəti təqvim ilindən tədrisinə başlayacaqları "Multikulturalizmə giriş", "Azərbaycan multikulturalizmi" fənlərinin məhz bu sahədə insanlara, xüsusilə gənc nəslə xidmət edəcəyini söyləyib.

Söhbət zamanı qarşılıqlı əməkdaşlıqdan məmnunluq ifadə edilib və gələcək birgə layihələrin icrası ilə bağlı daha sıx əlaqələrin vacib olduğu bildirilib.

Tarix
2014.12.17 / 11:42
Müəllif
Axar.az
Digər xəbərlər

İtaliya döyüşlərdə həlak olan 120 azərbaycanlını andı - Foto

Nazirlikdə yoxlama: Kimlərə artıq pullar ödənilib?

Xahişimi yerinə yetirdi, İrana təşəkkür edirəm - Tramp

Latviya prezidenti Ağ Şəhərdən danışdı: Möcüzə...

Prezidentlər biznes-forumda iştirak etdilər

İran BƏƏ-də iqlim silahına zərbə endirdi, quraqlıq bitdi – Şok

İlham Əliyevdən Rinkeviçslə görüşlə bağlı paylaşım - Video

Qriqoryanın Güllə Yunanıstanda qəribə görüşü - Foto

Bu nazirlik də yoxlamadan “üzüağ” çıxmadı

Hərbi xidmətlə bağlı bu cəzalara təkrar baxılacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla