Yuxarı

Paytaxtın ən iri məscidi nə vaxt açılacaq?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Paytaxtın Binəqədi rayonu ərazisində tikilən məscid kompleksində tikinti işləri başa çatıb.

Axar.az xəbər verir ki, yaxın günlərdə Bakının ən böyük məscidinin açılışı gözlənilir.

Əldə etdiyimiz məlumata görə, hazırda məsciddə işlər yekunlaşsa da, həyətdə, ətraf ərazilərdə quruculuq işləri davam edir.

Məlumat üçün bildirək ki, məscid kompleksinin tikintisi üçün prezidentin ehtiyat fondundan ilkin olaraq 10 milyon manat vəsait ayrılıb. Yeni məscid kompleksi eyni vaxtda 2000-dən çox adama xidmət edəcək. Birmərtəbəli tikilinin əsas binasının hündürlüyü 40 metr, minarələrinin hündürlüyü isə 60 metr olacaq. Dörd minarəli ibadət evinin ölkədə ən hündür məscid statusu alacağı bildirilir.

Məscidin əsas salonu 900 kvadratmetr, qadınlar üçün nəzərdə tutulan digər salonu isə təqribən 350 kvadratmetr olacaq. Tikilinin zirzəmisi həm də avtomobil dayanacağı kimi istifadə ediləcək.

Tarix
2014.12.20 / 08:30
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Digər xəbərlər

Media məkanımızı bundan qorumalıyıq - Prezident

Həmvətənlərimiz Prezidenti belə qarşıladı - Video

Sülhə doğru əlavə addımlar atırıq - Prezident

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

COP29 qarşıdurma arenası olmayacaq - İlham Əliyev

Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq... - Prezident

Berlində Əliyevə qarşı erməni aksiyası: Muxtarlı da ordadır

Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı olacaq

İlham Əliyev Almaniyada: Fotolar nələr “danışır”...

Hindistan Bakının iradlarına cavab verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla