Yuxarı

“Şərqin Borxesi” Eko ilə görüşündən danışdı – Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Slavyan Universitetinin akt zalında Yaradıcılıq fakültəsi tələbələri ilə növbəti dərsində yazıçı Kamal Abdulla İtaliyaya səfəri çərçivəsində dünya şöhrətli yazar Umberto Eko ilə görüşü barədə məlumat verib.

Axar.az xəbər verir ki, ziyalıların, tənqidçi və jurnalistlərin də iştirak etdiyi açıq dərsdə Kamal Abdulla Roma səfəri, minlərlə oxucunun həqiqi bir bayram ovqatı ilə axışdığı inanılmaz kitab sərgisi, həmçinin "Yarımçıq əlyazma" əsərini oxuyandan sonra onu evinə qonaq dəvət edən Umberto Eko ilə görüşündən danışıb.

Ekonun yarımqapalı bir həyat tərzi yaşadığını, ona görə də onunla görüşün bir çoxları üçün xəyal olaraq qaldığını nəzərə çatdıran K.Abdulla dünya şöhrətli yazarın onu evinə dəvət etməsini böyük məmnuniyyətlə qəbul etdiyini və bu görüşə məxsusi önəm verdiyini deyib:

"Əsərləri ilə dünyanın hər yerindən görünən Eko İtaliyada az qala Roma Papası qədər məşhur simadır. Yarımqapalı həyat yaşadığından, onun bir şəxsi evinə qonaq dəvət etməsi nadir hallarda baş verir".

Qısa, rəsmi, bir az da diplomatik görüş gözlədiyi halda saat yarımlıq həddən artıq səmimi görüşün keçdiyini xatırladan Kamal Abdulla Ekonun öz böyük kitabxanası ilə onu tanış etdiyini bildirib:

"Minlərlər kitabın cəmləşdiyi böyük kitabxanası var və bu kitabxanadakı nadir əlyazmalarla da məni tanış etdi. "Yarımçıq əlyazma" barədə danışdı. Əsər haqda fikrini dedi və sonra keçdi "Dədə Qorqud"da. Dedi, sizin əsər məftunedicidi, amma çətindi, əlbəttə, onu çimərlikdə oxumaq olmaz. Mən özüm dəfələrlə əvvəlki səhifələrə qayıdırdım".

"Yarımçıq əlyazma" əsərinə 3 müqqədimə yazmaq ideyasının "Qızıgülün adı"ında olan "Son söz"dən yarandığını Ekonun nəzərinə çatdırdığını deyən Kamal Abdulla yazarın, "məndən soruşan kimi, sizdən də sizdəki axmaqlar soruşdularmı ki, bu əlyazma həqiqətən var, ya yoxdur?" deyə güldüyünü və müsbət cavab alarkən, "elə də bilirdim" dediyini söyləyib:

"Kitabxananı gəzərkən Coysun əsərlərinin yığıldığı bölmədə dayandıq və Coysdan danışdıq. Mənə zarafatla bir söz də dedi: "Coys hətta sizdən də çətin yazır".

Umberto Ekonu Azərbaycana dəvət etdiyini və bu dəvətin qəbul edildiyini bildirən Kamal Abdulla səfərin gerçəkləşəcəyi təqdirdə bunun Azərbaycanda bir ədəbi hadisəyə dönəcəyini bildirib.

Fürsət edib, Azərbaycan ədəbiyyatı, Dədə Qorqud, Şah İsmayıl, mədəniyyətimiz, bugünkü Azərbaycanın tolerant, saf mənəvi iqlimi, Azərbaycan Ermənistan münasibətləri və Qarabağ problemi barədə də Umberto Ekoya məlumat verdiyini bildirən Kamal Abdullanın görüş təəssüratları alimlərin, jurnalistlərin sualları ilə davam edib.

Tarix
2014.12.20 / 21:31
Müəllif
Axar.az
Digər xəbərlər

Səfirimiz İranın vitse-prezidenti ilə görüşdü

Kiyev niyə türk respublikasına zərbə endirdi?

İlham Əliyev Almaniya prezidentinə başsağlığı verdi

Azərbaycan D-8-də: ölkəmiz üçün yeni imkanlar açılır

Əliyev Rusiyanı başa saldı ki, bu, qəbuledilməzdir! - Markedonov

Hindistandan Bakıya silah satmaq üçün gülünc “şərt”

Bakı və İrəvan üçün tarixi fürsət yaranıb - Fidan

Zaur Hüseynov niyə işdən çıxarıldı? - Səbəb

Gürcüstan parlamentariləri Bakıya gəlir

İlham Əliyev Pakistan baş nazirinə təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla