Yuxarı

Aparılmayan təbliğat başa çatdı: Sabah seçkidir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda bələdiyyə seçkilərində namizədliyi qeydə alınmış şəxslərin təbliğat kampaniyası üçün ayrılmış vaxt başa çatıb.

Report-un xəbərinə görə, noyabrın 30-da başlamış təbliğat kampaniyası 22 gün davam edib.

Kampaniya üçün ayrılmış vaxt bu gün səhər 08:00-da başa çatıb.

Təbliğat kampaniyasını qeydə alınmış namizədlər, onların vəkil təyin edilmiş şəxsləri, səlahiyyətli nümayəndələri, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları aparmaq hüququna malik idilər.

Qeyd edək ki, Azərbaycanda dekabrın 23-də 118 dairədə keçiriləcək bələdiyyə seçkilərində 1 607 bələdiyyəyə 15 035 üzv seçilməlidir. Bu seçkilərdə bələdiyyə üzvlüyünə 37 079 namizəd, seçkiləri izləmək üçün isə 50 mindən artıq yerli seçki müşahidəçisi qeydə alınıb. MSK-nın qərarına əsasən 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılacaq.

Tarix
2014.12.22 / 09:30
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

Bakıdan sülh sazişi ilə bağlı təkliflər aldıq - İrəvan

İrəvan Bakıdan sülhlə bağlı növbəti təklifləri aldı

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

Prezident BƏƏ naziri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla