Yuxarı

“Həbs olunacağımızdan qorxuruq”

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Mən daxil, bütün sənətçilər həbs olunacağımızdan qorxduğumuz üçün susuruq".

Axar.az xəbər verir ki, Azərbaycan əsilli türkiyəli aktyor Tamer Qaradağlı açıqlama verərək AKP hökuməti ilə bağlı maraqlı fikirlər səsləndirib.

Sənət adamlarının hökumətdən həddindən artıq qorxduğunu söyləyən aktyor belə deyib: "Hamımız içəri düşərik deyə, Ərdoğandan qorxuruq. Hamı "çaşıb nə isə deyərəm, birdən səhv başa düşülər" deyə, qorxu keçirir".

AKP hökuməti ilə sənətdə azadlıq olmadığını ifadə edən aktyor açıqlamasına belə davam edib:

"Hörmətli Rəcəb Tayyib Ərdoğandan qorxuruq. Mən də daxil bütün sənətçilər bu qorxuları yaşayırıq. İllər öncə bir cür, indisə başqa cür olan neçə adam tanıyıram. Adamlar çörəklərindən məhrum olmaqdan, "aman, nə isə deyərəm, yanlış anlaşılar, içəri atarlar" - deyə, qorxurlar.

Aktyorun açıqlamasından bəzi hissələri təqdim edirik:

- Sənətçilər özlərini rahat ifadə edə bilirlər, qorxmadan, çəkinmədən danışa bilirlər? Əlbəttə, yox. Hər dövrdə hökumətə yaxın sənətçilər olub. Amma son dövrlərdə onların sayı çox artıb.

- Ümumi qorxu hamının üzərində var, "işdən çıxraralar, iş tapa bilmərik, kanallara təzyiq olar, rol verməzlər, ac qalaram" qorxusu... Təəssüf ki, belə dövrdə yaşayırıq. Bu qorxu təkcə sənətçilər üçün deyil, iş adamları üçün də var.

- Gəzi hadisələrinə qoşulandan bir müddət sonra yarışma proqramım bitdi. Niyəsə bu hadisə Gəzi hadisələri ilə eyni vaxta düşdü. Sizcə, mən başqa cür necə fikirləşə bilərəm? Mən də, açığı, olanları o hadisələrlə əlaqələndirdim. Belə şeylər bizi qorxudur. Bir də qorxuruq deyə, başqa cür qəbul edilirik. Təxminən belə qarşılanırıq: "Niyə qorxursunuz, deməli, qorxacağınız nəyinizsə var". Amma çox təəssüf ki, elə deyil, bu qorxu Türkiyədə hamıda var, amma gizlədirlər.

- İlin müəyyən vaxtlarında baş nazirlik, ya da Prezident sarayında görüşlər keçirilir. Ora bir çox məşhur gedir. Orada biri çıxıb "Cənab prezident, ya da baş nazir, mən aeroportlardakı CİP probleminin həll edilməsini istəyirəm", - deyir. Hörmətli Ərdoğanın qarşısına bu insanlar çıxırsa, nə dəyişə bilər ki?..

Tarix
2015.01.21 / 18:44
Müəllif
Nilufər Muğantürk
Şərhlər
Digər xəbərlər

İYİ Partiyasının yeni sədri məlum oldu

Müharibədən sonra neçə nəfər mina qurbanı olub?

Titusun Azərbaycana qərəzi: 44 rəqəmini seçdi... - Foto

Mülki əhali demək olar ki, hər gün təhlükə ilə üzləşir

4 kəndin qaytarılması bu istiqamətdə güclü addımdır

ABŞ-da Azərbaycan və Türkiyə səfirləri görüşdü

Buna görə müstəqil olmadıq, başqalarından asılı yaşadıq

COP29 Qafqazda sülh prosesinə kömək edə bilər - Qafarov

Yenə bizim olmayanları alaq, bizə hücum edilsin?

4 kəndin Azərbaycana qaytarılması... – Türkiyə səfiri

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla