Yuxarı

“Şoyqunun cənub qonşumuza səfəri o deməkdir ki...”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Xəzəryanı ölkələrin hansısa yeni bir təşkilatının yaradılmasına xüsusi bir ehtiyacın olduğunu düşünmürəm".

Bu sözləri Axar.az-a açıqlamasında "Atlas" araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu İranın Xəzəryanı ölkələrin Azad Zonalar üzrə Əməkdaşlıq Şurasının yaradılması təklifini şərh edərkən deyib.

Politoloq bildirib ki, bu əməkdaşlıq onsuz da var və Xəzərsahili dövlətlərin başçılarının zirvə toplantıları mütəmadi olaraq keçirilir:

"Buna görə də xüsusi növbəti təşkilata ehtiyac yoxdur. Əməkdaşlığı bu çərçivədə də davam etdirmək olar, yetər ki, bu əməkdaşlıq daxili işlərə qarışmağı diktə etməsin. Əgər dövlətlər bir-birinə hörmətlə yanaşarsa, bu çərçivədə əməkdaşlıq mümkündür. Təəssüf ki, biz İrandan müəyyən müdaxilələrin şahidi oluruq. Hazırda Ələtdə böyük bir dəniz limanı tikilir. Layihə bir neçə ilə başa çatacaq. Azərbaycan bu liman vasitəsilə Xəzəryanı ölkələrin öz mallarını Avropaya daşımasında, eyni zamanda, gəmiqayırma zavodunun tikilməsində olduqca maraqlıdır. Ancaq xüsusi bir şuranın yaradılmasına ehtiyac yoxdur. Çünki nə qədər yeni şura və təşkilatlar yaranırsa, bürokratiya da bir o qədər böyüyür. Əgər əməkdaşlıq etmək lazımdırsa, bunu ikitərəfli və çoxtərəfli formatda da davam etdirmək olar".

Politoloq bu təklifin Rusiyanın Müdafiə naziri Şoyqunun bu yaxınlarda İrana səfəri ilə hər hansı bir əlaqəsinin olub-olmaması məsələsinə də aydınlıq gətirib:

"Şoyqunun bu yaxınlarda İrana səfəri onu deməyə əsas verir ki, Moskva heç də Tehranla əməkdaşlığı genişləndirmək fikrində deyil. Sadəcə, səfər zamanı daha çox texniki məsələlər - rusiyalı müşahidəçilərin İrandakı hərbi təlimlərdə müşahidəçi statusunda iştirakı müzakirə olunub. Əgər iki dövlət hərbi təlimlər barədə birgə razılığa gəlsəydilər, bu, daha ciddi bir addım olardı. Hətta bu səfərdən müəyyən ehtiyatlanmalar da var idi. Buna görə də hesab etmirəm ki, Rusiya ilə İran arasında hansısa geniş bir hərbi əməkdaşlığın şahidi olaq. Əksinə, İran bir müddət öncə Rusiyaya raket sifarişi versə də, bu, yerinə yetirilmədi. Hətta İran Rusiyanı məhkəmə ilə hədələyirdi. Yəni bu məsələ hələ də öz həllini tapmayıb. Məsələyə bu aspektdən yanaşdıqda mən bu təklifi o qədər də uğurlu hesab etmirəm".

Xatırladaq ki, İranın Ənzəli azad ticarət zonasının baş direktoru Rza Məsrur Xəzəryanı ölkələrin Azad Zonalar üzrə Əməkdaşlıq Şurasının yaradılması təklifi ilə çıxış etmişdi. Fevral ayının ikinci yarısında Azərbaycana səfər edəcəyini vurğulayan Rza Məsrur bunun iki ölkə arasındakı iqtisadi və ticari əlaqələrin inkişafına müsbət təsir göstərəcəyini bildirmişdi.

Tarix
2015.01.24 / 08:45
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla