Yuxarı

Krımoğlu: “Kiyevdə hələ də rus casusları dolaşır”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Təəssüf ki, Ukrayna Rusiyaya kifayət qədər sanksiya tətbiq etmir. Krımı tamamilə təcrid edib, yarımadaya qida və su verməyi dayandırmaq lazım idi".

Axar.az xəbər verir ki, bu açıqlama ilə Krım tatarlarının lideri Mustafa Krımoğlu çıxış edib. O, Krımda müstəqil fikirli insanların FSB-nin təzyiqlərinə məruz qaldığını bildirib:

"Krım tatarları Krımın ilhaqını qəbul etmirlər. Rusiyanı və Krımın ilhaqını dəstəkləyənlər də artıq fikirlərini dəyişiblər. Lakin bunu dilə gətirməkdən çəkinirlər. Çünki buna görə FSB tərəfindən təzyiqlərə məruz qalırlar. Ukraynanın gizli xidmətləri effektli işləmir. Çünki Kiyevdə hələ də rus casusları dolaşır. İndi onların öhdəsindən gələ bilmirik, amma zamanla bunun qarşısını alacağıq".

Krım tatarlarının lideri Ukraynanın Krım siyasətində yanlışlıqlar olduğunu deyib:

"Rusiyaya qarşı tətbiq edilən sanksiyaların çox ciddi təsiri var. Rusiya artıq can verir. Sanksiyalara görə Rusiyanın qəsbkarlığı daha da artıb və bu ölümdən öncəki son qəsbkarlıqdır. Rusiyanın məhvini sürətləndirmək üçün sanksiyaları artırmaq lazımdır. Təəssüf ki, Ukrayna Rusiyaya kifayət qədər sanksiya tətbiq etmir. Krımı tamamilə təcrid edib, yarımadaya qida və su verilməsini dayandırmaq lazım idi".

Tarix
2015.01.28 / 21:36
Müəllif
İlham Sahiloğlu
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

Prezident BƏƏ naziri ilə görüşdü

Əliyev Berbokla görüşdü

Azərbaycanla Ermənistan arasında müharibə... - Pakayin

Media məkanımızı bundan qorumalıyıq - Prezident

Həmvətənlərimiz Prezidenti belə qarşıladı - Video

Sülhə doğru əlavə addımlar atırıq - Prezident

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

COP29 qarşıdurma arenası olmayacaq - İlham Əliyev

Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq... - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla