Yuxarı

“DYP bütün cərimələri qeydə alsaydı…”

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Əksər sürücülərimiz indiki səviyyədə qalsalar, qısa müddətdə ya vəsiqələri ilə vidalaşa bilərlər, ya da cərimələr ucbatından müflis olarlar".

Axar.az xəbər verir ki, bu açıqlama ilə yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov çıxış edib. O, DYP-nin ötən illə müqayisədə yollara daha ciddi nəzarət etdiyini bildirib:

"Dünən rəsmən elan olundu ki, 2014-cü ildə yol hərəkəti qaydalarını pozma ilə əlaqədar inzibati xətaların sayı 2013-cü illə müqayisədə 65 faiz artıb. Amma bu, əslində məsuliyyətə cəlb etmə dərəcəsinin artması deməkdir. Yəni 2014-də DYP-nin diqqətindən kənarda qalan qayda pozuntuları bir qədər azalıb. Bu o deməkdir ki, DYP nəzarəti ciddiləşdirir. Şəxsən mən tam əminliklə deyirəm ki, ötən il qeydə alınan təxminən 2,3 milyon qayda pozuntusu sürücülərimizin törətdiyi pozuntuların cəmi bir neçə faizidir (hər bir halda 10 faizdən azdır). Əgər DYP bütün qayda pozuntularını qeydə alsaydı, onda bu rəqəm 2,3 milyon yox, 30 milyon civarında ola bilərdi. Amma görünən odur ki, necə deyərlər, dairə daralır. DYP getdikcə daha ciddi nəzarət etməyə çalışır. Ona görə də qaydaları öyrənin və ən əsası, onlara riayət edin. Əksər sürücülərimiz indiki səviyyədə qalsalar, qısa müddətdə ya vəsiqələri ilə vidalaşa bilərlər, ya da cərimələr ucbatından müflis olarlar".

Qeyd edək ki, ötən il yol hərəkəti qaydalarını pozmağa görə 2013-cü illə müqayisədə 68,3 faiz çox, yəni 2,4 milyon protokol tərtib edilib, nəticədə 2,3 milyon nəfər cərimələnib. 4312 nəfər məhkəmələr tərəfindən inzibati qaydada həbs olunub, 40 min şəxsə xəbərdarlıq edilib.

Tarix
2015.01.29 / 11:00
Müəllif
İlham Sahiloğlu
Şərhlər
Digər xəbərlər

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla