Yuxarı

Mərkəzi Bank nədən susur? – Ekspert

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Mərkəzi Bankın hələ də açıqlama verməməsi daha çox baş verə biləcək təhlükələri önləməklə bağlıdır".

Bu sözləri Axar.az- a iqtisadçı ekspert Rəşad Həsənov 50 milyon manat məcmu kapitalı ödəyə bilməyən banklar haqqında MB-nin hələ də məlumat verməməsi ilə bağlı açıqlama verərkən deyib.

İqtisadçı bildirib ki, MB-nin batma təhlükəsi olan banklara əlavə vaxt verməsi mümkündür:

"Çünki artıq bizdə olan məlumata görə, bağlanma ehtimalı olan 6 bankdan 3-ü məcmu kapitalını 50 milyon manata çatdıra bilib. Yerdə qalan digər 3 bankda isə təxminən 50 milyon manata yaxın əmanət var. İndi çox böyük ehtimalla MB bu bankların birləşdirilməsi və ya kredit təşkilatına çevrilməsi ilə bağlı danışıqları davam etdirir. Ən əsas məsələ bu əmanətlərin taleyi ilə bağlıdır. Çünki kredit təşkilatlarına çevrildiyi halda banklar əmanət saxlama hüququnu itirir. Bu, baş verdikdə isə əmanətlər mütləq geri qaytarılmalıdır. Əmanətlər geri qaytarıldığı zaman isə bunun bankların linkvidliyinə necə təsir edəcəyi çox ciddi bir məsələdir ki, bu, hələ aydınlaşdırılmalıdır. Hesab edirəm ki, bazardan çıxarılacaq banklarla bağlı hələ də heç bir rəsmi açıqlama verilməməsi ondan xəbər verir ki, MB məsələnin həll olunması ilə bağlı həmin banklarla danışıqları davam etdirir və yeni alternativ yollar axtarmağa çalışır. Ola bilsin ki, MB banklara yenə əlavə zaman verməyi planlaşdırır. Təxminən fevraladək bu məsələ öz həllini tapacaq və MB bağlanacaq banklarla bağlı məsələni ictimailəşdirəcək".

Xatırladaq ki, MB-nin bankların məcmu kapitalının 50 milyon manata çatdırılması tələbinin müddəti 31 dekabr 2014-cü ildə bitib. 2015-ci ilin yanvar ayı olmasına baxmayaraq, hələ də bu tələbi ödəməyən banklar barədə rəsmi açıqlama yoxdur.

Tarix
2015.01.31 / 09:30
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla