Yuxarı

Tarasov: "Minsk qrupuna iki yeni ölkə qoşula bilər"

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Rusiya üçün Ermənistan strateji partnyordur, Azərbaycan isə situativ müttəfiqdir".

Axar.az xəbər verir ki, bu sözləri rusiyalı politoloq Stanislav Tarasov deyib.

Azərbaycanın ATƏT-in Minsk qrupunu ittiham etdiyini deyən Tarasov formatın dəyişdirilməsi tərəfdarı olduğunu bildirib:

"Formatın dəyişdirilməsi prosesin daha da qəlizləşməsinə, danışqların dayandırılmasına gətirib çıxara bilər. Tərəflər elə bir yol axtarırlar ki, sülh razılaşmasının reallaşmasına yardım etsin. Bununla belə, Bakı Minsk qrupunun heyətini dəyişməyə çalışır".

Tarasov Minsk qrupuna iki yeni ölkənin qoşulmasının gündəmdə olduğunu qeyd edib:

"Türkiyənin rəsmi nümayəndələri Ankaranı və Berlini Minsk qrupuna daxil etmək təklifi ilə çıxış etdilər. Bu dəyişikliyin tarazlıq yaradacağı iddia edilir. Bundan əlavə, Almaniyanın Xarici İşlər naziri Frank Ştaynmayerin Bakı və Yerevana səfəri Almaniyanın iddiasından xəbər verir. Almaniyanın vasitəçiliyi Avropanın münaqişənin həllində iştirakına daha çox yardım edə bilər. Berlin də Türkiyənin danışıqlara cəlb edilməsinin tərəfdarıdır, ancaq bunun üçün Ermənistanla münasibətlər normalaşdırılmalıdır".

Tarix
2015.02.02 / 00:38
Müəllif
Pərviz Həsənov
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla