Yuxarı

Cənub qaz dəhlizinin Rusiya sirri

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Cənub qaz dəhlizi layihəsi hələlik Rusiyaya birbaşa zərbə vurmur".

Bu sözləri Axar.az-a açıqlamasında rusiyalı politoloq Pavel Klaçkov söyləyib.

O, ABŞ-ın Rusiya və Azərbaycan münasibətlərinin kəskinləşməsində maraqlı olduğunu bildirib:

"Mənim fikrimcə, Avropa Birliyi Cənub qaz dəhlizinin tikintisinin sürətləndirilməsi prosesinə aktiv şəkildə qoşulub. Bu, müvəqqəti düşünülmüş bir şey deyil. Əksinə, artıq Qərb tərəfindən çoxdan planlaşdırılmış strategiyanın reallaşdırılması üçün əlavə stimullar yaranıb. Təbii ki, planlar möhtəşəmdir. Əslində, Xəzər dənizinin yataqlarındakı qazın Avropaya daşınmasında əlavə Türkmənistan, Qazaxıstan, İraq və İranın da buraya cəlb edilməsi imkanları haqqında ucadan danışılır. Sözsüz ki, Rusiya və Azərbaycanın Cənub qaz dəhlizi məsələsində aralarının dəyməsi də ABŞ-ın maraqlarındadır. Bu məsələdə manipluyasiya üçün böyük imkan yaranır. Həmçinin NATO qaz kəmərinin təhlükəsizliyinin təmin edilməsinə söz verib. Hələlik bu layihə Rusiyaya birbaşa zərbə vurmur. Onun gələcəyi ilə bağlı qeyri-müəyyənliklər hələ də çoxdur. Burada Avropada iqtisadiyyatının dekarbonizasiyası tendensiyasını nəzərə almaq lazımdır. Üstəlik, hələlik bu layihəsi çərçivəsində Azərbaycan qazının həcmi o qədər də böyük olmayacaq. Amma istənilən halda Rusiya risk hiss edir. Dünya enerji siyasətində artıq yeni nizamlanma prosesi peyda olur. Bunun nəticəsində isə Türkiyənin rolu artır".

Tarix
2015.02.26 / 08:40
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

Bakıdan sülh sazişi ilə bağlı təkliflər aldıq - İrəvan

İrəvan Bakıdan sülhlə bağlı növbəti təklifləri aldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla