Yuxarı

QHT sədri millət vəkilinin iradına cavab verdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatı millət vəkili Zahid Orucun Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyası barədə iradlarına münasibət bildirib.

Axar.az xəbər verir ki, bu barədə təşkilatın sədri Mirvari Qəhrəmanlı şəxsi Feysbuk hesabında məlumat yayıb.

M.Qəhrəmanlı millət vəkili Zahid Orucun bu Komissiya barədə olan iradlarını düzgün hesab etmir:

"Deputat Zahid Oruc Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyası barədə iradlar bildirib. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya - Azərbaycan Respublikasında ən şəffaf, ədalətli və qanunauyğun fəaliyyət göstərən dövlət qurumlarından biridir. QHT (Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyinin hüquqşünası kimi) nümayəndəsi olaraq Müsahibə komissiyasında müstəqil ekspert kimi iştirak edirəm. Müsahibə iştirakçılarına suallar yalnız əvvəlcədən komissiyanın saytında yerləşdirilmiş proqramlar əsasında verilir. Bu müsahibənin tam videoçəkilişi aparılır və nəticədən narazı qalan şəxsin yuxarı orqana apelyasiya şikayəti vermək hüququ var. Apelyasiya mərhələsində bu çəkilişə bir daha baxılır və yuxarı komissiya tərəfindən yekun qərar qəbul edilir. Bu komissiyada işləyənlərin çoxunu tanıdığımdan, qətiyyətlə deyə bilərəm, burada çalışanların çoxu gənc, savadlı, mədəniyyətli və qanunvericiliyin tələblərinə əməl edən insanlardır. Millət vəkili Zahid Orucun bu Komissiya barədə olan iradlarını düzgün hesab etmirəm".

Qeyd edək ki, Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyası ilə bağlı öz iradlarını bildirmişdi. Deputat qeyd etmişdi ki, DQMK vətəndaşlarda həmin qurumun nəyə görə mövcud olduğunu düşünməyə vadar edən addımlar atıb. Deputat arqument kimi elə DQMK-nın statistikasına istinad edib: "Birinci mərhələni keçən 45 min şəxsdən 41 mini ikinci mərhələdə, sadə xalq dili ilə desək, kəsiliblər. Cəmi 4 min insan dövlət qulluqçusu adını qazanıb. Əlbəttə, deyə bilərlər ki, onların, yəni dövlət qulluqçularının ölkə üzrə ümumi sayı 31 mindən yuxarı deyil və dövlət qulluqçularının sayı məsələsinə məhdudiyyətlər qoymaq lazımdır. Ancaq məsələnin əsas önəmli tərəfi burda deyil. Ekologiya və Təbii Sərvətlər Nazirliyində yüzlərlə vəzifə yeri boşdur".

Zahid Oruc DQMK-nın Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına (TQDK) birləşdirilməsi ilə bağlı Milli Məclisdə qaldırdığı təklifini xatırladaraq vəziyyətdən çıxış yolunu da göstərib. Onun sözlərinə görə, DQMK-nın TQDK-ya birləşdirilməsindən sonra elə hüquqi-normativ baza hazırlamaq lazımdır ki, bu, insan faktorundan asılı olmasın:

"Ümumiyyətlə, Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın ləğvi işin faydasına olar. Bu qurumun TQDK-ya birləşdirilməsindən sonra elə mexanizm formalaşdırılmalıdır ki, insanların gözəyarı meyarlarından asılı olmasın. Necə ki, hazırda birinci mərhələni keçmək hər hansı insanın qələmindən asılı deyil, eləcə də bunu digər mərhələ üçün etmək lazımdır".

Tarix
2015.03.11 / 15:36
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla