Yuxarı

Əl-Husi: “Ey miskinlər, sizə səslənirəm!”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yəmən inqilabının lideri sərt bəyanatla çıxış edib. Ənsarallah təşkilatının rəhbəri olan Seyid Əbdülməlik Əl-Husi Amerikanı ittiham edib.

İslamazeri.az-ın hazırladığı geniş materialda qeyd olunur ki, Səudiyyə və müttəfiqlərinin son hücumu Yəmənin onların böyük layihələrini pozmasına görə olub:

"Bu, ABŞ-ın planları əsasında baş tutub. Siz miskinliklərinizə güvəndiyiniz kimi, Yəmən xalqı da Allaha güvənir. Əsla boyun əyməyəcəyik. Allahın köməyi ilə qələbəyə nail olacağıq. Onlar torpaqlarımızı işğal edərkən, biz boş-boş oturmayacağıq. Övladlarımızı öldürməyə icazə verməyəcəyik. Səudiyyə və koalisiya qüvvələri çox böyük xəta etdiklərini anlayacaqlar".

Əl-Husi qeyd edib ki, bu xalqa müharibə elan olunmasının səbəbi açıqlansın:

"Necə də sadə formada bu xalqı hədəfə ala bilirlər?! Bunun necə böyük axmaqlıq olduğunu görəcəklər. Torpaqlarımızı işğal edəcəklərini necə düşünürlər?! Ey miskin xainlər, sizə səslənirəm! Məsələ düşündüyünüz qədər asan deyil. Yəmən xalqı azad bir xalqdır və kölələşdirilməyi heç vaxt qəbul edə bilməz. Yəmən xalqı maddi olaraq kasıb bir ola bilər, amma iman və əxlaq cəhətdən sizdən fərqli olaraq güclü bir xalqdır. Heç bir güc bizi kölə edə bilməz. Nə Səudiyyə Ərəbistanı, nə də digər ölkələr".

Tarix
2015.03.28 / 00:25
Müəllif
Emin Aslanlı
Şərhlər
Digər xəbərlər

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla