Yuxarı

“Putin Qarabağda 7 rayonun qaytarılmasını təklif edir”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Ukrayna böhranından sonra Rusiya xeyli sarsılıb".

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli söyləyib.

O, Sərkisyanın Ermənistan cəmiyyətini sakitləşdirməyə çalışdığını bildirib:

"Cəbhənin təmas xəttində Ermənistanın aktivləşməsini bu dəfə Bakıya təzyiq kimi qəbul etmirəm. Çünki hətta mətbuatda yayılıb ki, Putin İrəvanda yeddi rayonun geriyə qaytarılmasını Sərkisyanla müzakirə edib və müsbət qərar qəbul etmək fikrindədir. Düzdür, yayılan məlumatların 100% yerinə yetiriləcəyinə də əmin deyiləm.

Moskvanın bu günlərdə Azərbaycana Ermənistan vasitəsi ilə təzyiq göstərdiyini də düşünmürəm. Sadəcə, Ermənistan indiyə qədər verdiyi böyük itkilərin əvəzini çıxmağa çalışır. Ona görə də tülkü kimi müxtəlif xəyanətkar yollarla Azərbaycan Ordusuna sarsıdıcı zərbə vurmaq istəyir. Hətta Ohanyanın özü də öyünərək deyirdi ki, "harada olursa-olsun, Azərbaycanın bizə vurduğu zərbələrin cavabını qaytaracağıq". Ona görə də son zamanlar onlar aktivləşirlər. Bu onların 20 nəfər itki verməsindən sonra daha da artıb.

Ermənistan analarının Sərkisyanın iqamətgahı qarşısında mitinq keçirməsi və ordunun verdiyi itkilər ölkədəki vəziyyəti acınacaqlı vəziyyətə salıb. Belə bir şəraitdə Sərkisyan Ermənistan ordusundan əhalini sakitləşdirəcək "uğur" gözləyir. Bu uğuru onlar artıq iki aydır gözləyir və heç bir nəticə əldə etmirlər. Hər dəfə daha böyük itkilər verirlər. Azərbaycan Ordusunun uğuru və ruh yüksəkliyi göz qabağındadır. Ermənilərin arasında isə aşınma prosesi gedir. Ermənistan ordusunun bir əsgərinin Azərbaycana keçməsi də bunun əyani sübutudur. Xüsusən Zakir Həsənovun "Ermənistanın malik olduğu döyüş ehtiyatlarının 70%-ni ilk həmlədəcə məhv edəcəyik" bəyanatı Ermənistanda ciddi xof yaradıb. Bütün bu səbəblər Moskvanı da hərəkətə gətirib. Moskva bölgədə müharibə istəmir. Çünki müharibənin olması Rusiyanın da müharibəyə cəlb edilməsi deməkdir. Ukrayna böhranından sonra Rusiya xeyli sarsılıb. Yeni müharibə ocağının yaranması məsuliyyətini isə Moskva heç vaxt daşıya bilməz".

Tarix
2015.04.01 / 14:37
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Sülhə doğru əlavə addımlar atırıq - Prezident

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

COP29 qarşıdurma arenası olmayacaq - İlham Əliyev

Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq... - Prezident

Berlində Əliyevə qarşı erməni aksiyası: Muxtarlı da ordadır

Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı olacaq

İlham Əliyev Almaniyada: Fotolar nələr “danışır”...

Hindistan Bakının iradlarına cavab verdi

Son vaxtlar Almaniyaya səfərlərim... - Prezident

Şolts bu mübarizəsinə görə İlham Əliyevə təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla