Yuxarı

Şadman Hüseynovun oğlu həbs edildi – 10 il

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Şaiq Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, prosesdə hökm oxunub. Hökmə əsasən, Ş. Hüseynov 10 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Ədliyyə Nazirliyinin Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin Xətai Rayon Şöbəsində keçmiş İcra məmuru Hüseyn Şaiq Şadman oğlu 12 aprel 2014-cü ildə həbs edilib. Məhkəmə onun barəsində həbs qətimkan tədbiri seçib. Ş. Hüseynov dələduzluqda ittiham olunur.

Sabunçu rayon, Bakıxanov qəsəbə sakini, 1977-ci il təvəllüdlü Səfərova Şölə Mirzəkişi qızı hüquq-mühafizə orqanlarına müraciət edərək 70 min manat pulunun dələduzluq yolu ilə mənimsənildiyini bildirib. Qadın qeyd edib ki, qardaşı bir müddət əvvəl həbs edilib. Qardaşının həbsdən azad edilməsi və ya cəzasının yüngülləşdirilməsi məqsədi ilə Ədliyyə Nazirliyinin Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin Xətai Rayon Şöbəsində məhkəmə icraçısı işləyən, ədliyyə kapitanı Hüseyn Şaiq Şadman oğlu ilə tanış olub.

Ş.Hüseynov qadını ona kömək edəcəyinə inandırıb və ümumilikdə 70 min manat pul alıb. Ş.Səfərova daha sonra pulu geri istəsə də, buna nail ola bilməyib.

Şaiq Hüseynov keçmiş deputat, mərhum Şadman Hüseynovun oğludur.

Tarix
2015.04.01 / 17:41
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

Bakıdan sülh sazişi ilə bağlı təkliflər aldıq - İrəvan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla