Yuxarı

Erməni saytına tərcüməçi tələb olunur - Təcili

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ya boşalmaqda olan Ermənistanda fransız dilindən tərcüməçi qalmayıb, ya da bu dildən az-çox başı çıxanların görmə ilə bağlı problemləri var, amma fakt faktlığında qalır: bu ölkədə yenə də kitaba baxır və orada yazılanlara heç dəxli olmayan şeylər görürlər.

Məsələn, "news.am" bu gün yazır ki, "erməni soyqırımının" inkar edilməsinin cəzalandırılması barədə layihə guya baxılması üçün Belçika parlamentinə təqdim edilib (bax: http://news.am/rus/news/264863.html). Onun ardınca, yeri gəlmişkən, həmin məlumata heç bir dəxli olmayan xəbərin hiperlinki verilib.

Bu xəbəri İnternetdə özümüz axtarmalı olduq. Budur, sən demə, Belçika nəşri nə yazır (bax: http://www.lalibre.be/actu/international/nier-le-genocide-armenien-ne-coute-rien-553a54bf35704bb01befb0f1): Belçikada qondarma "erməni soyqırımını" tanımayanlar cinayət hüququ çərçivəsində heç bir məsuliyyət daşımayacaqlar. 1995-ci ilin qanunu yalnız Holokostun inkar edilməsinə aiddir və Ruanda, Kamboca soyqırımları kimi tarixdə baş vermiş digər soyqırımlarına, o cümlədən "erməni soyqırımı"na şamil edilmir. Bununla belə, nəşrin yazdığına görə, onun təsirinin Ruanda soyqırımına şamil ediləcəyi istisna deyildir. Dərhal da qeyd edilir ki, çoxluğun ermənilərin başına gələnlərin "soyqırımı" olması ilə razılaşacağı şübhə doğurur, bunu hətta siyasi nöqteyi-nəzərdən təxmin etmək təhlükəlidir. RS və CDN fraksiyaları türk elektorat ilə risk etməyəcək və Holokost haqqında qanunun təsir çərçivələrinin genişləndirilməsini, "erməni soyqırımı"nın da onun orbitinə daxil edilməsini dəstəkləməyəcəklər.

Qonşular, madam ki, tərcüməçilərinizin hamısı başını götürüb ölkədən qaçıb, heç olmazsa, hərdənbir öz istinadlarınızı yoxlayın, ya da "google-translate"dən yararlanın.

AzərTAc

Tarix
2015.05.02 / 00:34
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla