Ana səhifə Planet |
Nepalda aprelin 25-də baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 7 mini ötüb.
APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə
Nepal FHN-nin açıqlamasında deyilir.
Bundan əvvəl 6621 nəfərin öldüyü, 14023 nəfərin xəsarət aldığı
bildirilmişdi.
"Ölənlərin sayı 7040, xəsarət alanların sayı 14397 nəfərə çatıb", -
deyə açıqlamada bildirilir.
Qeyd edək ki, aprelin 25-də baş verən zəlzələnin episentri paytaxt
Katmandunun şimal-qərbindən 82 kilometr aralıda, 15 kilometr
dərinlikdə və 7,9 bal gücündə olub. Zəlzələ nəticəsində Katmandunun
tarixi rayonuna ciddi ziyan dəyib.
Nepal hökuməti güclü zəlzələ ilə əlaqədar ölkədə fövqəladə vəziyyət
elan edib və xarici ölkələrə
humanitar yardımla bağlı müraciət ünvanlayıb.
Qeyd edək ki, bundan əvvəl Nepalda ən güclü zəlzələ 1934-cü ildə baş verib. 8,2 bal gücündə zəlzələ o zaman 10 000 nəfərin həyatına son qoyub.
Tarix
2015.05.02 / 22:21
|
Müəllif
Axar.az
|