Yuxarı

Əsrin döyüşü baş tutdu - Foto

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Las-Veqas şəhərində (Nevada ştatı) Menni Pakyao və Floyd Meyuezer arasında döyüş baş tutub.

 

ANS-in məlumatına görə, matçda filippinli idmançının hərəkətli olmasına baxmayaraq, müdafiə texnikasını seçən Floyd fürsət gözləyərək tutarlı zərbələr endirməyə çalışıb. 12 raundluq döyüşün nəticələrinə əsasən, amerikalı idmançı mübarizənin qalibi seçilib. 

 

Mübarizəni canlı şəkildə yaxından izləmək üçün çox sayda dünya ulduzları arenaya təşrif buyurub.

 

Bir çox ekspertin əsrin döyüşü adlandırdığı 12 raundluq qarşılaşmada 3 dünya çempionu titulu oynanııb. Belə ki, WBA və WBC versiyası üzrə dünya çempionu titulları 37 yaşlı Meyuezerə, WBO versiyası üzrə dünya çempionu titulu isə 35 yaşlı Pakyaoya məxsusdur. 

 

Nəticədən asılı olmayaraq, amerikalının qonorarı 150 milyon dollar, Fillipin boksçusunun qonorarı isə 100 milyon dollar həcmində müəyyənləşib.

 

Bu gün keçirilən döyüşün biletləri aprelin 23-də bir dəqiqə ərzində satılıb. Biletlərin rəsmi qiyməti 1,5 min dollardan 7,5 min dollara qədər olsa da, saytların birində ilk sıraya bilet 55 min dollardan, digərində isə 100 min dollardan baha satılıb.

 

Qeyd edək ki, bir neçə gün əvvəl əfsanəvi boksçu Məhəmməd Əli verdiyi açıqlamada Menni Pakyaonu dəstəkləyəcəyini açıqlamışdı. 

Tarix
2015.05.03 / 11:05
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

Bakıdan sülh sazişi ilə bağlı təkliflər aldıq - İrəvan

İrəvan Bakıdan sülhlə bağlı növbəti təklifləri aldı

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

Prezident BƏƏ naziri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla