Yuxarı

“Adam onda dərk edir ki, hansı ölkədə yaşayır”

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Daxilimizdə elə bir faktor var ki, biz artıq böyük hadisələrə, qələbələrə öyrəşmişik. Yaxşı yadımdadır ki, 1980-cı illərin ortasında Sovetlər dövründə Azərbaycan ölkə kimi tanınsa da, bizə münasibət və reaksiya qeyri-ciddi idi. Bu gün kimsə gəlib deyəndə ki, Avropa Oyunları kimə və nəyə lazımdır, mən sadəcə o insanlara baxanda şübhəm yaranır".

Axar.az xəbər verir ki, bu fikirləri Avropa Oyunlarının su idman növləri üzrə ulduz səfiri Murad Dadaşov Teleqraf.com-a geniş müsahibəsində səsləndirib.

M.Dadaşov bu yarışmanın əhəmiyyətsiz olduğunu deyənlərə münasibətini bildirib: "Bu insanlar vətəndaşlığı, dövləti, xəritədə Azərbaycanın yerinin nə dərəcədə vacib olub-olmamasını dərk edirlərmi?

Bu neqativ münasibət ünvanlıdır, havadan yaranmayıb. Müəyyən qüvvələr var ki, onları istiqamətləndirir. Cənab prezident açıq-aşkar deyir ki, biz Azərbaycanın onlar üçün müəyyən dərəcədə narahat ölkə olduğunu bilirik. Çünki Azərbaycanı idarə etmək olmur. Bu, həqiqətdir. Qonşu ölkələrin hamısını idarə etmək olur, böyük dövlətlərin onlara təsiri var. Nə qədər Azərbaycan hakimiyyəti ilə xalq arasında dərya yaratmağa çalışsalar da, bu, alınmır".

Keçmiş KVN-çi hesab edir ki, Azərbaycan bu gün həm Rusiya, həm ABŞ-la balanslaşmış siyasət aparır:
"Ulu Öndərimiz Heydər Əliyevin dövründə Azərbaycan çox çətin mərhələlərdən keçdi. İlham Əliyev olmasaydı, bu mərhələni Azərbaycan Suriyadan da pis keçirərdi. Hesab edirəm ki, Azərbaycanın uğurları şəxsən İlham Əliyevlə bağlıdır. Onun töhfəsi heç də Heydər Əliyevin verdiyi dəyərdən geri qalmır. O bir çətin dövr idi, indi başqa bir dövr yaşayırıq".

Ulduz səfirin sözlərinə görə, bu dövrdə nə qədər qapalı mübarizə getdiyini heç kəs bilmir:

"Çox istərdim ki, İlham Əliyev müəyyən vaxtdan sonra bu dövr haqqında bir kitab yazsın. Çox şey var ki, bəlkə də onu Prezident şifahi səsləndirə bilmir.

Amma nə qədər böyük problemlər vardı, Azərbaycanı onlardan qurtardı. Gürcüstan saniyə içində parçalandı, Ukraynaya 1 il bundan qabaq rahat gedib-gəlirdim, bu gün Ukraynadan əsər-əlamət qalmayıb. Suriya, Liviya, Yəmən sağ-salamat dövlət idi…

Bütün bunların arasında, düşünün, Azərbaycan Avropa Oyunları keçirir. Bunu analiz edəndə adam başa düşür ki, sən harada yaşayırsan".

Tarix
2015.05.03 / 12:48
Müəllif
Emin Aslanlı
Şərhlər
Digər xəbərlər

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla