Yuxarı

Anar Qədirli işdən çıxarılmasından danışdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səhiyyə Nazirliyinin mətbuat xidməti vəzifəsindəki işinə xitam verilən Anar Qədirli işdən azad edilməsinə aydınlıq gətirib.

Axar.az xəbər verir ki, A.Qədirli bununla bağlı şəxsi Feysbuk hesabında məlumat paylaşıb. Keçmiş qurum sözçüsü qeyd edib:

"Əziz dostlarım və həmkarlarım! Artıq öz xahişimlə tutduğum Səhiyyə Nazirliyini mətbuat katibi, Baş məsləhətçi vəzifəsindən azad edilmişəm. Son 9 il ərzində belə bir məsuliyyətli işi icra etmək, sizlər kimi dostlar qazanmaq mənim ən böyük uğurlarımdan biridir. Bu illər bir çox layihələri üzrə sizinlə bərabər çalışmışıq, təbii ki, nailiyyətimiz də olub, çətinliklərimiz də. Tutduğum vəzifədə istər işgüzar, istərsə də şəxsi problemlərlə müraciət edən mətbuat nümayəndələrinin - mənim yaxın dostlarımın hər səpkidə olan müraciətlərinə diqqətlə yanaşmağa çalışmışam, kimisinin müraciəti müsbət həll olunub, kimdə isə bütün səylərimə baxmayaraq, alınmayıb. Mən də siz dostların sayəsində çox uğurlu günlər yaşamışam. İndi yeni işlərimdə, qurduğumuz gözəl münasibətlərin davam edəcəyinə, mənim sizə, sizin də mənə dəstək olacağınıza əminəm. Sizə də, özümə də uğurlar arzulayıram. Yeni, maraqlı layihələrdə görüşənədək. Sağlam olun".

Tarix
2015.05.06 / 12:34
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Bakıdan sülh sazişi ilə bağlı təkliflər aldıq - İrəvan

Əliyev Ştaynmayerlə görüşdü, xatirə kitabını imzaladı

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

İrəvan Bakıdan sülhlə bağlı növbəti təklifləri aldı

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

Prezident BƏƏ naziri ilə görüşdü

Əliyev Berbokla görüşdü

Azərbaycanla Ermənistan arasında müharibə... - Pakayin

Media məkanımızı bundan qorumalıyıq - Prezident

Həmvətənlərimiz Prezidenti belə qarşıladı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla