Yuxarı

Bakı metrosu ilə bağlı qadağa

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda keçiriləcək Birinci Avropa Oyunları zamanı sıxlıq yaranmasın deyə polis gücləndirilmiş iş rejimində çalışacaq.

Ans press-in məlumatına görə, bu barədə Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Səhlab Bağırov Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin iclasında bildirib.

Onun sözlərinə görə, ictimai nəqliyyatda, əsasən də metroda sıxlığın qarşısını almaq üçün polis əməkdaşları növbə çəkəcəklər.

"Bakı Olimpiya Stadionundan "Koroğlu" metrostansiyası arasında təxmini 1200 metrə qədər məsafə var. "Bu məsafəyə yol boyu polis nəzarət edəcək. Əgər sərnişin axını çox olarsa sərnişinlər müəyyən yerlərdə saxlanılacaq. Metroya qədər insanların kütləvi şəkildə getməsinə imkan verilməyəcək", - deyə Səhlab Bağırov bildirib.

Qeyd edək ki, iyunun 12-dən 28-dək Bakıda keçiriləcək Bakı-2015 Avropa Oyunlarının açılışına hazırlıq məqsədi ilə 9 mayda Olimpiya Stadionunda 15 min tamaşıçının iştirakı ilə sınaq tədbirinin keçirilməsi nəzərdə tutulur.

Polis həmin tədbirdə də təhlükəsizliyin yüksək səviyyədə qorunması üçün nəzarət tədbirləri keçirəcək.

Tarix
2015.05.07 / 11:43
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Şolts bu mübarizəsinə görə İlham Əliyevə təşəkkür etdi

4 kənd qaytarıldı, mərkəz bağlandı: Yaxşı fürsətlər var...

Son görüşdə hər ikiniz məni buna əmin etdiniz - Şolts

Əliyev və Şolts medianın suallarını cavablandırır - Canlı

Əliyevlə Şoltsun Berlində geniş tərkibdə görüşü başa çatdı

İranlı mollalar özlərini ifşa etdi, Əliyevi təsdiqlədilər!

Əliyevlə Şoltsun təkbətək görüşü oldu

Ermənistan Azərbaycanın beşdə birini işğal etdikdən sonra...

Ağdamda heç nə etməyən mərkəz bağlandı

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla