Yuxarı

“Üçüncü əl və xarici qüvvə ehtimalları…” – Yanğın

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Son yanğın hadisəsinin təxribat ola biləcəyi haqqında versiyalar elə həmin andan dövriyyəyə çıxıb".

Bu barədə Axar.az-a açıqlamasında Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc açıqlama verib. Millət vəkili bildirib ki, hüquq mühafizə orqanları və təhlükəsizlik qüvvələri tərəfindən son yanğın hadisəsinin təxribat ola biləcəyinə dair açıq mövqe sərgilənməyib:

"Bunun ümumi müşahidələrə dayanması və gerçək ehtimallardan da bir az irəli olan məlumatların mövcud olması haqqında dəqiq fikir söyləmək çox çətindir. Digər tərəfdən, hüquq mühafizə orqanları və təhlükəsizlik qüvvələrinin də buna işarə edən açıq mövqeləri hələ ki, yayımlanmayıb. Belə olan təqdirdə biz bunu terror saymaqla həqiqətənmi cəmiyyətdə təhlükəsizliyi gücləndirmiş oluruq? Xeyr. Çünki Azərbaycan əleyhdarlarının ən mühüm hədəflərindən biri ölkədə sabitliyin, sülhün, ictimai təhlükəsizliyin olmadığını qabartmaq niyyətidir. Yəni Azərbaycada terror törətməyə qadir qüvvə varsa, bu, təbii ki, bir dövlətin ziyanına işləyir və xarici əlaqələrə, investisiya mühitinə, iqtisadi münasibətlərə də bu və ya digər formada mənfi təsir göstərmiş olur. Ona görə də hesab edirəm ki, məsələ ilə bağlı dəqiq axtarışları, əməliyyat məlumatlarını sona qədər gözləmək lazımdır. Hazırda ölkədə elə bir reallıq formalaşıb ki, istənilən müsbət və mənfi hadisəni qarşıdakı məlum böyük beynəlxalq tədbirlər kontekstində nəzərdən keçirirlər. Məhz buna görə də Azərbaycana qarşı beynəlxalq siyasi basqıları və reaksiyaları, həm də "müxtəlif kəşfiyyat qüvvələrinin və təxribatçıların əli ilə bu ölkənin içərisinə yeritmək" kimi bir davamı ola bilər tipli düşüncələr də mövcuddur. Məhz burdan irəli gələrək məsələ ətrafında hər hansı bir üçüncü əl və xarici qüvvə ehtimalları da bu şəkildə dövriyyədə qalmaqdadır. Ona görə, mən parlament üzvü kimi istəmirəm ki, belə məsələləri avtomatik terror sayaraq onun üzərindən çıxış edək. Bir daha ona qayıdıram ki, bunun özü də qəhrəmanlıq deyil, bu, birbaşa bu ölkə ilə əlaqələrə mənfi təsir göstərmiş olur. Hüquq mühafizə orqanları hətta qeyd olunan amillər varsa belə, onu elə aşkarlamalı və müəyyənləşdirməlidirlər ki, əhali dinc yaşamaqda davam etsin, ölkədəki işçi atmosferi, ticarət mühiti, vətəndaşın normal həyatı öz axarında irəliləsin".

Qeyd edək ki, Baş prokuror Zakir Qaralov Prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilən Binəqədi rayonundakı yanğınla əlaqədar yaradılmış Dövlət Komissiyasının iclasında Milli Təhlükəsizlik Nazirliyi ilə birlikdə binanın qəsdən, kiminsə tərəfindən yandırılması fərziyyələrinin də araşdırıldığını bildirib.

Tarix
2015.05.22 / 09:00
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla