Yuxarı

İstiqlaliyyətlə bağlı nə yaratdılar – Dörd şəxs

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün Məmməd Əmin Rəsulzadənin rəhbərliyi ilə şərqdə ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 97 il ötüb. Bu əlamətdar gün Azərbaycanın tarixində xüsusi əhəmiyyət kəsb edir. Bəs görəsən, istiqlaliyyətimiz mədəniyyətdə nə dərəcədə öz əksini tapdı.

Axar.az bu suala cavab tapmaq üçün ədəbiyyat, musiqi, teatr və kino sahəsi olmaqla dörd mədəniyyət adamına müraciət edib.

"28 may Respublika günü və Azərbaycan müstəqilliyi mədəniyyətimizdə nə dərəcədə öz əksini tapıb"

Tənqidçi Əsəd Cahangir istiqlaliyyətlə bağlı ciddi bir əsərin hələ yazılmadığını bildirir.

"Bununla bağlı Azərbaycan ədəbiyyatında möhtəşəm bir romana ehtiyac var, o, hələ yazılmayıb. İstiqlaliyyətimiz nəsrimizdə layiqincə öz əksini tapmayıb. Müstəqilliyimizlə bağlı çox sayda şeirlərimiz yazılıb, amma bunların içərisində dilə-dişə düşən elə güclü bir şeir yoxdur. Məsələn, Almas İldırımın "Azərbaycan" şeiri kimi, Mikayıl Müşfiqin "Yenə o bağ olaydı" şeiri, Cəfər Cabbarlının "Ana" şeiri, Süleyman Rüstəmin "Ana və poçtalyon"u kimi müəyyən şeirlər var ki, onlar olduqca populyardır. Amma məhz istiqlaliyyət haqda bu cür xristomatik populyarlıq qazanan, 7-dən 70-ə hamının dilinə düşən, bəzilərinin bir misrasını, bəzilərinin bir bəndini, bəzilərinin bütöv əzbər bildiyi elə bir nümunə hələ ki yazılmayıb".

Bəstəkar Gövhər Həsənzadə bu mövzunun musiqidə kifayət qədər öz əksini tapdığını düşünür.

"Azərbaycan musiqisində vətənə həsr olunmuş çoxsaylı əsərlər var. Şəxsən mənim yaradıcılığımda bu mövzuda yazılan əsərlər müəyyən qədər azlıq təşkil edir. Xüsusi günlərə və bayramlara həsr olunmuş bəstələrim olmasa da, vətən mövzusunda bir sıra əsərlərim var Azərbaycan gənclər himni, "Sən azərbaycanlısan" və sairə. İstiqlaliyyət gününə həsr olunmuş bəstəm olmasa da, bu istiqamətdə tədbirlərin təşkil olunmasında yaxından iştirak edirəm. "Vətənin və vətənpərvərliyin tərənnümü" deyəndə hansısa pafos və ya şüar xarakteri daşıyan əsərlər ağıla gəlir, amma bu, belə deyil. Bunun lirikası da var. Məsələn, Tofiq Quliyevin, digər korifey sənətkarlarımızın yaradıcılığına nəzər salsaq, görəcəyik ki, orada o qədər də şüar, marş ab-havası yoxdur. Söhbət vətəndən, vətənə sevgidən və vətənin tərənnümündən gedirsə, bu, bütün janrlarda öz əksini tapmalıdır lirikada, folklorda və sairə. İnsanın ruhunu oxşayan, onda sevgi hissi yaradan, zövqünü təkmilləşdirən musiqilərimiz əsasən vətən haqda olmalıdır ki, onu təkcə tədbirdən-tədbirə deyil, hər zaman dinləsinlər".

Teatrşünas Aydın Talıbzadə müstəqilliyin yalnız əməldə deyil, təfəkkürdə də olmasını əsas şərt hesab edir

"Birinci onu deyim ki, Azərbaycanın müstəqillik dönəmi Azərbaycan teatrının dünya teatr mədəniyyəti ilə əlaqələr müstəvisini son dərəcə genişləndirib. Bu, Azərbaycan teatrının ən birinci nailiyyətidir. Yəni biz bu gün istədiyimiz ölkə və teatrla əlaqə, ünsiyyət yarada bilərik və bunun üçün hansısa ölkəyə hesabat vermək məcburiyyətində deyilik. Bax bu, müstəqillik dönəmində Azərbaycan teatrının əldə etdiyi ən böyük nemətdir. Düşünürəm ki, müstəqillik mövzusunun direktiv həlli olmamalıdır. Bu, hər bir insanın öz içində, duyğularında, yaşam tərzində və təfəkküründə öz ifadəsini tapmalıdır. Əgər bu, olacaqsa, hər bir insanın daxilində mütləq şəkildə öz təzahürünü verəcək. Bundan əlavə, müstəqillik Azərbaycan ədəbiyyatında, teatrında və hətta mətbuatında öz əksini tapan nümunələrdə aşırı səviyyədə özünü göstərir. Bu gün istədiyimizi yaza, deyə biləriksə, bu özü müstəqilliyin ən gözəl ifadələrindən biridir".

Kinotənqidçi Aygün Aslanlı film sahəsinin bu mövzuda axsadığını bildirir

"Heç bir şəkildə öz əksini tapmayıb. Doğrudur, sovet dövründə əks ideologiya və istiqamətdə də olsa, bəzi filmlər çəkilirdi. Məsələn, "İşarəni dənizdən gözləyin" filmi və sairə. Amma təəssüf ki, müstəqillik dövründə bu mövzu ilə yaradılmış şedevr bir film, bir kinematoqrafiya nümunəsi mövcud deyil".

Tarix
2015.05.29 / 00:50
Müəllif
Rəfiqə Əlisəfa
Şərhlər
Digər xəbərlər

Əliyevin Ştaynmayerlə təkbətək görüşü başladı

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

Bakıdan sülh sazişi ilə bağlı təkliflər aldıq - İrəvan

İrəvan Bakıdan sülhlə bağlı növbəti təklifləri aldı

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

Prezident BƏƏ naziri ilə görüşdü

Əliyev Berbokla görüşdü

Azərbaycanla Ermənistan arasında müharibə... - Pakayin

Media məkanımızı bundan qorumalıyıq - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla