Yuxarı

“Rusiya və NATO nə qədər ağılsız ola bilər ki...”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Rusiya və NATO bir-biri ilə heç bir zaman müharibəyə başlamayacaq".

Bu barədə Axar.az-a Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu açıqlama verib. O bildirib ki, Rusiya və NATO arasında müharibəyə heç bir əsas yoxdur:

"Bu, diplomatik hədə-qorxular bundan öncə də var idi. Hazırda Rusiyanın əlində olan yeganə etibarlı vasitə onun gücüdür. Ən azından Rusiyada belə hesab edirlər. NATO isə Rusiyadan nəinki zəif, hətta mən deyərdim ki, hərbi cəhətdən qat-qat güclüdür. İndi həmin o amil işə salınıb. Bir-birinə müharibə, güc tətbiq etmək hədələri ilə təsir etməyə çalışırlar. İstər NATO ölkələri, istərsə də Rusiya nə qədər ağılsız ola bilər ki, öz aralarında müharibəyə başlasınlar. Bunun üçün heç bir səbəb də yoxdur. Ukrayna amilindən söhbət gedirsə, bu, səbəb deyil. Ukraynada situasiya az-çox bəllidir. Bəlkə Rusiya həddindən artıq dərin böhran vəziyyətinə düşsə və NATO-nun Şərqi Avropadakı, yaxud da Baltik dənizi hövzəsindən keçməklə Alyansa üzv olan ölkələrə təzyiq edərsə, o zaman müharibə qaçılmaz ola bilər. Ancaq güman etmirəm ki, Rusiya bu addımları atsın. Çünki Moskva öz potensialına çox yaxşı bələddir. Əslində NATO ilə Rusiya arasında çoxdan bir müharibə başlayıb. Bu, psixoloji müharibədir".

Qeyd edək ki, son zamanlar Rusiya və NATO tərəfindən beynəlxalq gərginliyi artıracaq müharibə anonsları get-gedə daha kəskin hal alır.

Tarix
2015.05.30 / 09:19
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla