Yuxarı

“Türkiyə, İraq və Suriya İŞİD-i yox edəcək”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Amerika-Türkiyə danışıqları praktik məcraya keçərsə, türk ordusu qısa müddətdə İraq və Suriya ordusu ilə birlikdə İŞİD məfhumunu aradan qaldıra biləcək".

Bu barədə Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli danışıb. Sabiq dövlət müşaviri Türkiyənin Suriyaya yönəlik tədbirlərinin iki əsas məqsədə xidmət etdiyini bildirib:

"Türk qoşunları artıq Suriya ərazisinin 30 kilometrliyində təhlükəsiz bölgə yaratmaqla orada tank, quru qoşunlarının bütün növlərini yerləşdirib, bölgə üzərində müntəzəm uçuşlar həyata keçirilir. Yəni neytral zona tam hərbiləşdirilmiş zonaya çevrilib. Buradan həm də Kobaniyə nəzarət edilir. Çünki PKK-nın Suriya qolu PYD bölgədə Bərzaninin müstəqil Kürdüstan dövlətini qurmağı planlaşdırır. Türkiyə isə açıq şəkildə buna imkan verməyəcəyini bəyan edib. Hafiz Əsədlə bağlı fikirlər də artıq müəyyən qədər dəyişib. Hazırda əsas məsələ Taliban, Əl Qaidə və müxtəlif islam ekstremizminə əsaslanan qüvvələrin hakimiyyətə gəlməsinin qarşısını almaqdır. İkincisi, kürd separatizminin Suriyanın şimalını bölməklə orada yeni bir bölgə yaratmasını əngəlləməkdir".

Politoloqun sözlərinə görə, Türkiyə Suriya məsələsində olduqca ciddidir və hökumət "neytral zona" işini sürətləndirəcək:

"Amerika ilə Türkiyə arasında danışıqlar praktik məcraya keçsə, türk ordusu qısa müddətdə İraq və Suriya ordusu ilə birlikdə İŞİD məfhumunu aradan qaldıra biləcək. Məsələ Amerikanın da dövlət maraqlarına uyğundur. Ortada İŞİD faktoru var. Düzdür, proses daha çox Türkiyənin maraqlarına xidmət edir və hədəf kürd ekspansionizminin yayılmasının qarşısını almaqdır. Yox, əgər Amerika neytrallıq nümayiş etdirərsə, bu, sadəcə Türkiyənin işini daha da asanlaşdıracaq".

Tarix
2015.07.01 / 08:00
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

Bakıdan sülh sazişi ilə bağlı təkliflər aldıq - İrəvan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla