Yuxarı

Generallar cəbhəyə getdi - Foto/Yeniləndi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

11:13

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən yeni tikilərək müasir avadanlıqlarla tam təchiz edilən növbəti hərbi hissə istifadəyə verilib.

Axar.az xəbər verir ki, Müdafiə Nazirliyinin rəhbərliyi cəbhəboyu zonada yerləşən hərbi hissənin açılışında iştirak edərək yeni inşa edilən qərargah, əsgər yataqxanaları, döyüş texnikası üçün saxlanclar, sıra meydanı, yeməkxana, tibb məntəqəsi, hamam-camaşırxana, qazanxana kompleksi və digər obyektlər ilə tanış olub.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov yeni hərbi hissənin açılışı münasibətilə şəxsi heyət qarşısında çıxış edərkən Ali Baş Komandanın ordu quruculuğuna göstərdiyi yüksək diqqətin nəticəsi olaraq son vaxtlar döyüş və mənəvi-psixoloji hazırlığın daha da gücləndirilməsi, hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması və maddi-texniki bazanın möhkəmləndirilməsi məqsədilə görülən işləri diqqətə çatdırıb.
Müdafiə naziri bildirib: "Bu, növbəti dəfə Azərbaycan dövlətinin iqtisadiyyatının qüdrətinin təsdiqi və Silahlı Qüvvələrə göstərilən qayğının nəticəsidir.

Bir neçə gün əvvəl Hərbi Dəniz Qüvvələrinin yeni bazasının açılışını həyata keçirdik. Bu Xəzər dənizində müasir qurğu və avadanlıqlarla təmin edilmiş ən böyük hərbi-dəniz bazasıdır. Təntənəli açılış mərasimində çıxış edən Prezidentimiz Silahlı Qüvvələrin fəaliyyətinə yüksək qiymət verdi. O, qeyd etdi ki, ordu günü-gündən inkişaf edir, döyüş hazırlığını artırır və nizam-intizam möhkəmlənir. Dövlətimizin diqqət və qayğısı nəticəsində Silahlı Qüvvələr ən müasir döyüş texnikası, silah və sursatla təmin olunur. Bu gün Silahlı Qüvvələrimiz Azərbaycan xalqının və dövlətimizin etimadını doğrultmaq məqsədilə döyüş hazırlığını artırmaq və xidməti yüksək səviyyədə təşkil etməklə işğal olunmuş torpaqlarımızın azad edilməsi vəzifəsini yaxın vaxtda həyata keçirməyə qadirdir.
Prezidentin birmənalı şəkildə dediyi "Rədd olsunlar bizim torpaqlardan. Əgər erməni əsgəri ölmək istəmirsə Ağdama, Füzuliyə gəlməsin" - sözləri bizim üçün bir göstərişdir və biz bunu layiqincə yerinə yetirməliyik. Çünki bunu bizdən Azərbaycan xalqı gözləyir, Ali Baş Komandan tələb edir."

Daha sonra çıxış edən birlik komandiri general-mayor Hikmət Həsənov göstərilən diqqət və qayğıya görə dövlət başçısına və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirib.

Şəxsi heyət təntənəli marşla tribuna önündən keçdikdən sonra Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçularla birlikdə nahar ediblər. Sonra Müdafiə naziri hərbi hissədə işlə təmin olunmuş mülki qulluqçularla söhbət edib, müvafiq göstəriş və tövsiyələrini verib.

***

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıqov cəbhəboyu rayonlarda yerləşən birlik, birləşmə və hərbi hissələrdə olublar.


Müdafiə nazirliyinin rəhbərliyi ön xətdə yerləşən hərbi hissələrdə düşmənlə üz-üzə səngərlərdə döyüş növbəsi çəkən şəxsi heyətlə görüşüb, onların sosial-məişət şəraiti ilə maraqlanıb, Silahlı Qüvvələr Günü münasibəti ilə təltif olunan hərbi qulluqçulara fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim ediblər.


Düşmənlə təmas xəttində yerləşən bölmələrdən birində komanda müşahidə məntəqəsinə baş çəkən Müdafiə nazirinə ərazidəki əməliyyat şəraiti, müdafiə zolağında həyata keçirilən tədbirlər barədə məruzə edilib.


Sonra cəbhə bölgəsində yerləşən bölmələrin şəxsi heyətinin daimi döyüş hazırlıqlarını təkmilləşdirməsi, silah və texnikadan bacarıqla istifadə etməsi, hərbi qulluqçuların peşəkarlıq qabiliyyətinin artırılması məqsədilə yaradılan yeni təlim-atış poliqonu Müdafiə nazirinə təqdim olunub.


Bildirilib ki, idarəetmə məntəqəsi, atış və taktiki sahə, həmlə zolağı, sinif otaqları, o cümlədən müxtəlif yardımçı bölmələrdən ibarət poliqonda müxtəlif iriçaplı atıcı silahlar, minaatanlar, qumbaraatanlar və əl qumbaralarının praktiki istifadəsi ilə həyata keçirilən məşqlərdə əsgərlərə gecə və gündüz şəraitində, mütəmadi döyüş hazırlığı üzrə vərdişlər aşılanır.


Müdafiə Nazirliyinin rəhbərliyi təlim prosesini və döyüş atışlı məşqləri izləyib, döyüş hazırlığının və nizam-intizamın gücləndirilməsi barədə müvafiq göstəriş və tapşırıqlarını veriblər.

Tarix
2015.07.01 / 12:45
Müəllif
Jalə Səmədova
Şərhlər
Digər xəbərlər

Media məkanımızı bundan qorumalıyıq - Prezident

Həmvətənlərimiz Prezidenti belə qarşıladı - Video

Sülhə doğru əlavə addımlar atırıq - Prezident

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

COP29 qarşıdurma arenası olmayacaq - İlham Əliyev

Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq... - Prezident

Berlində Əliyevə qarşı erməni aksiyası: Muxtarlı da ordadır

Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı olacaq

İlham Əliyev Almaniyada: Fotolar nələr “danışır”...

Hindistan Bakının iradlarına cavab verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla