Yuxarı

Azay Quliyevin qətnamə layihəsi ATƏT PA-nın gündəliyinə salındı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclis sədrinin müavini, Azərbaycan parlamentinin ATƏT-in Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Bahar Muradovanın başçılığı ilə deputatlarımız ATƏT PA-nın iyirmi dördüncü illik yay sessiyasında iştirak etmək üçün iyulun 4-də Finlandiyanın Helsinki şəhərinə səfərə yola düşəcəklər.

Axar.az xəbər verir ki, nümayəndə heyətinə Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova, Regional məsələlər komitəsinin sədr müavini Fəttah Heydərov, Milli Məclisin deputatı, ATƏT PA-da Siyasi məsələlər və təhlükəsizlik komitəsi sədrinin müavini Azay Quliyev və deputat Ağalar Vəliyev daxildirlər.

Daimi komitənin iclasında ATƏT PA-nın sədri İlkka Kanerva, qurumun Baş Katibi Spenser Oliver və digər rəsmi şəxslər çıxış edəcəklər. Komitədə qurumun maliyyə hesabatı dinləniləcək, bir sıra təşkilati məsələlərə baxılacaq, o cümlədən prosedura uyğun olaraq ATƏT PA-nın yeni baş katibi seçiləcək.

Plenar iclasda "Helsinki + 40: gələcəyin ATƏT-inin yaradılması" qətnamə layihəsinə baxılacaq, Rusiya Federasiyasının ATƏT çərçivəsindəki öhdəlikləri barədə fikir mübadiləsi aparılacaq.

Sessiya çərçivəsində ATƏT PA-nın Demokratiya, insan hüquqları və humanitar məsələlər, Siyasi məsələlər və təhlükəsizlik, İqtisadi məsələlər, elm, texnika və ətraf mühit üzrə Ümumi komitələrinin iclasları keçiriləcək. Həmin iclaslarda Azay Quliyev müəllifi olduğu "ATƏT regionundakı dövlətlərarası münasibətlərdə Helsinki prinsiplərinə hörmət" qətnamə layihəsini təqdim edəcək, daha sonra ekoloji çağırışlar, təhlükəsizliyin hərbi-siyasi aspektləri, insan alveri ilə mübarizədə cavabdehlik məsələləri müzakirə olunacaq. Silahlı münaqişələr nəticəsində itkin düşənlərin, həmçinin acınacaqlı vəziyyətə düşmüş qadın və qızların məsələsi gündəmə gətiriləcək. ATƏT bölgəsindən olan əcnəbi döyüşçülər–terrorçularla bağlı qanunvericiliyin kompleks islahatına diqqət yönəldiləcək.

Milli Məclisin ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova və nümayəndə heyətimizin üzvləri qurumun bütün iclaslarında iştirak edəcək.

Səfər iyulun 10-da başa çatacaq.

Tarix
2015.07.02 / 20:39
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

Bakıdan sülh sazişi ilə bağlı təkliflər aldıq - İrəvan

İrəvan Bakıdan sülhlə bağlı növbəti təklifləri aldı

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

Prezident BƏƏ naziri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla