Yuxarı

Türkiyədən "İnter"ə xəbərdarlıq: "Çox güvənməyin"

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Laçi"ni yaxşı tanıyıram. İki il əvvəl "Bilis"in baş məşqçisi olanda bu komanda ilə kubokun finalında qarşılaşmışdıq. Amma geridə qalan müddət ərzində "Laçi"nin heyəti 60 faiz dəyişib". Bu sözləri apasport.az saytına açıqlamasında vaxtilə Azərbaycanda çalışmış türkiyəli məşqçi Naci Şensoy deyib.

Təcrübəli mütəxəssis Avropa Liqasının I təsnifat mərhələsində "Laçi" ilə qarşılaşan "İnter"in mərhələ adlamaq şansını dəyərləndirib.

2012-14-cü illər ərzində Albaniyanın "Bilis" və "Kukesi" klublarını çalışdırmış Şensoy bildirib ki, ilk görüşdə qeydə alınan nəticədən (1:1) sonra növbəti mərhələyə "bankirlər" daha yaxındılar: "Adətən "Laçi" çox aqressiv futbol nümayiş etdirir. Öz meydanında daha inamlı təsir bağışlayır. Amma "İnter" səfərdə qollu heç-heçəyə imza atıbsa, artıq şans öz əlindədi. Azərbaycan təmsilçisi öz meydanında keçiriləcək cavab oyununda əlinə düşən imkanı dəyərləndirməlidi. Təbii ki, Albaniyadakı 1:1 hesablı nəticədən sonra "İnter" artıq cütün favoritidi. Çünki Bakıdakı oyunda qolsuz bərabərlik də komandanızı növbəti mərhələyə daşıyacaq. Amma yenə də diqqətli olmaq lazımdı".

Şensoy "Laçi" komandasını yaxından tanıdığından, "İnter"in futbolçularına məsləhət verib: "Bir məqamı mütləq deməliyəm. İnter"in futbolçuları rəqib oyunçuların meydandakı təxribatlarına fikir verməməlidilər. Çünki "Laçi" futboldan çox təxribatı sevir. Bunu nəzərdə saxlasınlar. "İnter" ilk görüşdəki nəticəni unudaraq, meydana çıxmalıdı. Yəni Albaniyada qeydə alınan hesaba çox güvənməməlidi".

Tarix
2015.07.04 / 23:20
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Həmvətənlərimiz Prezidenti belə qarşıladı - Video

Sülhə doğru əlavə addımlar atırıq - Prezident

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

COP29 qarşıdurma arenası olmayacaq - İlham Əliyev

Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq... - Prezident

Berlində Əliyevə qarşı erməni aksiyası: Muxtarlı da ordadır

Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı olacaq

İlham Əliyev Almaniyada: Fotolar nələr “danışır”...

Hindistan Bakının iradlarına cavab verdi

Son vaxtlar Almaniyaya səfərlərim... - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla