Yuxarı

Terror: kommunizmdən islama - Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyada terrorizmin əməli anlayışı 70-ci illərin sonu, 80-ci illərin əvvəlinə təsadüf edir. Həmin dövrlərdə Latın Amerikası, Şərqi Asiya və qismən də müsəlman ölkələrində mütəşəkkil silahlı qruplar yaranmağa, təşkilatlanmağa və fəaliyyət göstərdiyi ölkələrdə dövlətlə mübarizə aparmağa başladı.

SSRİ-nin ən güclü vaxtlarında yaranan bu qruplaşmalar təbii ki, imperializm siyasətinin yayılmasına, ideoloji müharibədə Qərbə qalib gəlməyə hesablanmışdı. ABŞ-la soyuq müharibənin oğlan çağında yaranan bu təşkilatların birbaşa himayədarı da məhz elə SSRİ idi. Məsələn, 1980-1997-ci illərdə Peruda aktiv olan Marksist inqilabçı Tupak Amaru İnqilab Hərəkatı, 1966-cı ildə yaradılan Kolumbiya İnqilabçı Silahlı Qüvvələri (FARK), 1978-1994-cü illərdə Türkiyədə fəaliyyət göstərən solçu İnqilabçı Xalq Azadlıq Partiyası Cəbhəsi (DHKP), 1976-2009-cu illərdə Şri-Lankada fəaliyyət göstərmiş Tamil İlamin Azadlıq Pələngləri və s. terror təşkilatlarını misal gətirmək olar. Bu siyahını bir qədər də uzatmaq olar.

Yuxarıda sadalanan təşkilatların hər birinin kökündə marksist ideyalar dururdu və kütləvi mübarizə üçün ən yaxşı yol idi. Çünki həmin dövrdə kütlə psixologiyasını yalnız bu yolla dəyişmək və mübarizə aparmaq olardı. Lakin çəkilən zəhmətin hədər getməsi SSRİ ideologiyasının çürüklüyü və sonu olmayan, məntiqsiz prinsiplərlə bağlı idi.

SSRİ-nin böyük maliyyə dəstəyi ilə qurulan bu təşkilatların mübarizə üsulunun dəhşəti isə sələflərindən heç nə ilə fərqlənmir.

Təkcə DHKP 1990-1995-ci illərdə Türkiyədə 50-dən çox terror aktı törədib. 80-ci illərdə Şri-Lankada ən təhlükəli təşkilat olan Tamil İlamin Azadlıq Pələngləri isə 1983-1986-cı illərdə ölkədə 60-dan çox terror aktı törədib.

Ümumilikdə isə Latın Amerikası da daxil olmaqla 80-ci illərdəki terror qurbanlarının sayı 2001-2015-ci illər ərzində baş verən terror aktlarında həlak olan insanların sayından iki dəfə çoxdur.

Müasir dövrdə isə terrorun həm ideologiyası, həm də fəaliyyət bölgəsi tamamilə dəyişib. Həmin dövrlərdə SSRİ-nin maraq bölgəsində yaranan qruplaşmalar solçuluq və kommunizm ideologiyaları uğrunda mübarizə aparırdısa, indi ABŞ-ın dəstəyi ilə yaranan terror təşkilatları din və radikal islamçılıq uğrunda mübarizə aparır.

Qərb əsası 1989-cu ildə qoyulan Əl Qaidə, 1982-ci ildə İranın dəstəyi ilə Beyrutda yaradılan Hizbulah, 1994-cü ildə Əfqanıstanda yaranan Taliban vasitəsilə terrorizm qaydalarını tamamilə dəyişdi. Lakin bu dəyişiklik istənilən effekti vermədi. Saysız itki, qlobal tarazlığın pozulması və nəzarətin əldən çıxması Qərbi terror nəzəriyyəsini yenidən yazmağa vadar etdi.

2014-cü ildə İraq və Suriyada baş qaldıran İŞİD terrorizmin yazılmamış bütün qaydalarının üstündən xətt çəkdi. Yeni torpaqlar işğal etməklə "Xilafət" quran təşkilat ideoloji müharibədə yeni səhifə açdı.

Ən maraqlı isə bu idi ki, indiyə qədər heç bir terror təşkilatı torpaq işğal edib yeni dövlət qurmaq iddiasında olmamışdı. Və təşkilati qətllər, düşmənin məhv edilməsi də kameralara çəkilib bütün dünyaya göstərilmirdi. Bir növ cinayətlər də gizlədilirdi.

Müharibə davam edir. Terrorizmin fəaliyyət xəritəsi və qaydalar dəyişsə də, maraqlar dəyişmir.

Toplananların yerini dəyişəndə cəm dəyişmir...

Tarix
2015.07.07 / 08:00
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Digər xəbərlər

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla