Yuxarı

Gömrük rüsumlarının ləğvi nə verəcək?

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Baş nazir Artur Rasizadə "Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında" qərarda dəyişiklik edib.

Axar.az xəbər verir ki, qərarla Mingəçevir Yüksək Texnologiyalar Parkının rezidenti olan hüquqi və fiziki şəxs tərəfindən gömrük rüsumlarından azad olunmaqla idxal edilən qurğuların siyahısı təsdiq edilib.

Bildirək ki, baş nazirin qərarı ilə edilən dəyişiklik Prezident İlham Əliyev bu ilin fevralında Mingəçevir Sənaye Parkının yaradılması ilə bağlı imzaladığı sərəncamla bağlıdır.

Sərəncama əsasən, ölkədə qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi, müasir texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənaye müəssisələrinin təşkili və əhalinin istehsal sahəsində məşğulluğunun artırılması məqsədi ilə Mingəçevir şəhərində Mingəçevir Sənaye Parkı yaradılır. Parkın yaradılmasını təmin etmək məqsədi ilə Prezidentin ehtiyat fondundan İqtisadiyyat və Sənaye Nazirliyinə ilkin olaraq 2,0 (iki) milyon manat ayrılıb.

Park yaradıldıqdan sonra iqtisadiyyatın davamlı inkişafı və rəqabət qabiliyyətinin artırılması, müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya və yüksək texnologiya sahələrinin genişləndirilməsi, elmi tədqiqatlar aparılması və yeni texnologiyaların işlənilməsi üzrə müasir komplekslərin yaradılması təmin ediləcək.

Prezidentin müvafiq sərəncamından sonra Nazirlər Kabineti bu sahədə işlər həyata keçirir. Bu gün imzalanan qərar isə avqustun 29-da qüvvəyə minəcək və 7 il müddətində qüvvədə olacaq.

Xatırladaq ki, Prezidenti sərəncamına əsasən Nazirlər Kabinetinin gömrük rüsumlarının dərəcələri haqqında qərara etdiyi dəyişiklik üzrə bir sıra məhsullar gömrük rüsumundan azad edilib. Siyahıya "Qrup 84" üzrə yaddaş qurğuları (sərt maqnit disklərdə), hesablayıcı maşınların digər qurğuları, 8471 mal mövqeyindəki maşınların hissələri və ləvazimatları (elektron modulları), 8471 mal mövqeyindəki maşınların hissələri və ləvazimatları (digərləri), "Qrup 85" üzrə digər monitorlar (yalnız və ya əsasən 8471 mal mövqeyində göstərilən hesablayıcı sistemlərdə istifadə olunan), elektron inteqral sxemlər (prosessorlar və kontrollerlər, yaddaş qurğuları ilə, dəyişdiricilərlə, məntiqi sxemlərlə, gücləndiricilərlə, sinxronizatorlarla və ya digər sxemlərlə birləşdirilmiş və ya birləşdirilməmişlər daxildir.

Tarix
2015.07.29 / 13:30
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla