Yuxarı

HDP: “Türkiyənin buna haqqı yoxdur”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Suriyanın şimalında təhlükəsiz bölgə yaratmaq istəməsinin əsl səbəbi kürdlərin qarşısını almaqdır.

Axar.az xəbər verir ki, bu barədə BBC-nin Türkiyə xidmətinə müsahibəsində Xalqların Demokratik Partiyasının lideri Səlahəddin Dəmirdaş deyib.

O, Türkiyənin İŞİD-ə qarşı PKK və PYD ilə birgə mübarizə aparmalı olduğunu bildirib:

"Türkiyənin Suriyanın şimalında təhlükəsiz bölgə yaratmaq istəməsinin əsl səbəbi kürdlərin qarşısını almaqdır. Hökumət bunu deməkdən çəkinmir. Biz Suriyanın daxili işlərinə birbaşa müdaxilə edib, onları vətəndaş müharibəsinə sürükləyən cəhdlərdən imtina edilməsindən yanayıq. Çünki təhlükəsiz bölgə adı altında orada yeni bir işğal cəhdinə gedilməməlidir. Bu cür qayğılarımız var. Prezident Rəcəb Tayyib Ərdoğan dəfələrlə Suriyanın şimalında kürd dövlətinin yaradılmasına icazə verməyəcəklərini bildirib. Halbuki Türkiyənin orada heç bir haqqı yoxdur. Türkiyə təhlükəsiz bölgə yaradacaqsa, bunu İŞİD-ə qarşı ən böyük mübarizəni aparan PYD ilə birgə etməlidir. Çünki PYD Türkiyə ilə heç bir düşmənçiliyi olmadığını dəfələrlə deyib. Həmçinin PKK ilə hər hansı bir əlaqəsi olduğunu da qəbul etmir. Lakin rəsmi Ankara bundan qorxursa, PKK ilə sülhə getməlidir. Türkiyə daxilində təcili olaraq PKK ilə sülh əldə olunmalıdır. PKK Türkiyə baxımından təhlükə olmaqdan çıxmalıdır, çıxarılmalıdır. İŞİD-ə qarşı birlikdə mübarizə aparılmalıdır".

Qeyd edək ki, ABŞ ilə Türkiyə Suriyanın şimalında 90 km-lik təhlükəsiz bölgə yaradılması barədə razılıq əldə edib.

Tarix
2015.07.29 / 19:00
Müəllif
İlham Sahiloğlu
Şərhlər
Digər xəbərlər

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

Bakıdan sülh sazişi ilə bağlı təkliflər aldıq - İrəvan

İrəvan Bakıdan sülhlə bağlı növbəti təklifləri aldı

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

Prezident BƏƏ naziri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla