Yuxarı

Finlər Putinin daha bir işğalına hazırlaşır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Finlandiya ordusu Aland adalarının "yaşıl adamcıqlar" tərəfindən mümkün işğalına hazırlaşır.

Axar.az xəbər verir ki, bunu Finlandiya mətbuatına açıqlamasında Yussi Niinitse söyləyib. Onun sözlərinə görə, Müdafiə Nazirliyində artıq Aland adalarına təhlükə anında hansı yardımın ediləcəyi məsələsi müzakirə edilir:

"Finlandiya Aland adalarına çox az diqqət ayırır. Yeni strategiya Baltik dənizi regionundakı situasiyanın dəyişməsilə əlaqədardır".

Qeyd edək ki, Aland adaları Finlandiya daxilində muxtariyyətə malikdir. Bu ərazi 19-cu əsrin əvvəllərinə qədər Rusiya imperiyasının tərkibində olub. Sonradan İsveç və Finlandiya arasında mübahisə mövzusu olan ada (əslində burada isveçlilər daha çox yaşayır – red.) sonradan Helsinkinin xeyrinə həll edilmişdi (indiyə qədər nisbətən daha yaxşı həll edilmiş konflikt hesab edilir – red.). İsveç ada ilə bağlı heç bir halda iddia irəli sürməyəcəyini bildirib. Aland adalarında hərbi qüvvələrin saxlanılması tamamilə qadağan edilib. Muxtariyyət rəhbərliyinin icazəsi olmadan adaya Finlandiyanın hansısa silahlı qüvvəsinin girməsi qadağandır.

Aland Finlandiyanın paytaxtı Helsinki və İsveçin paytaxtı Stokholma (xüsusilə bu şəhərə - red.) yaxındır. Onun ələ keçirilməsi hər iki paytaxtın hərbi cəhətdən nəzarət altında saxlanılmasına yardım edir. Zamanında Rusiya imperiyası məhz bu adadan istifadə edərək, İsveç üçün əsas təhdidlərdən birinə çevrilmişdi.

Tarix
2015.07.30 / 17:57
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla