Yuxarı

Azərbaycanlıların olduğu təyyarə qəzaya düşdü - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyunun 31-də axşam saatlarında Moskvanın Domodedovo aeroportunda həyacanlı anlar yaşanıb.

ANS-in məlumatına görə, qabaq şassisi açılmayan Embraer şərnişin təyyarəsi qəzalı eniş edib. Xoşbəxtlikdən içində azərbaycanlıların da olduğu təyyarədə xəsarət alan olmayıb. Ulyanovsk-Moskva reysini yerinə yetirən təyyarənin içində 33 nəfər olub. Sərnişin və ekipaj üzvlərindən heç kim xəsarət almayıb. Qəzalı enişdən sonra sərnişinlər həkim nəzarətindən keçərək aerovoğzal kompleksinə aparılıb.

Pilotların ustalığı sayəsində böyük faciənin qarşısı alınıb. Onlar təyyarəni yalnız arxa şassi ilə yerə endirməyi bacarıb. Pilotlar nasazlıq barədə qabaqcadan dispeçerlərə məlumat veriblər. Sərnişinlər arasında iki azərbaycanlının olduğu və bunlardan birinin Qurbanova soyadlı olduğu məlumdur.

Embraer EMB 120 - kiçik turbovintli sərnişin təyyarəsidir. Embraer bortu otuz sərnişinə qədər daşıya bilər. Bortun uzunluğu və qanadın imkanı təxminən 20 metr təşkil edir, maksimal surət - 550 km/saat. Tam dolu çənlə təyyarə iki min kilometrə qədər uçmağa qadirdir.

Rusiyada bu tip layner bir neçə aviaşirkət tərəfindən sərnişin daşınmaları üçün fəal istifadə olunur. Amma indi Embraer yalnız yerli hava xətlərində "Ruslayn" aviaşirkəti tərəfindən daha çox istifadə olunur. Model 1983-cü ildən 2001-ci ilə qədər Braziliyada istehsal edilirdi. Bu vaxt ərzində onlardan yalnız 350 ədəd düzəldilib. Bu modelin təyyarələri istehsal olunandan bəri 20-dən çox qəza keçirib. Bu qəzalar zamanı 150 dən çox insan həlak olub.

Tarix
2015.08.01 / 01:24
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

Bakıdan sülh sazişi ilə bağlı təkliflər aldıq - İrəvan

İrəvan Bakıdan sülhlə bağlı növbəti təklifləri aldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla