Yuxarı

Azərbaycan kürdlərindən PKK açıqlaması

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Birdəfəlik bilmək lazımdır ki, 100 ilə yaxındır iki qardaş xalq arasında mənasız savaş gedir. Bu hadisələrdən itirən Türkiyə, qazanan isə öz maraqlarını təmin etməyə çalışan xarici qüvvələrdir. Hər iki tərəf atəşkəs elan etməli və silahları yerə qoymalıdır".

Bu sözləri Axar.az-a "Azərbaycan kürdləri" İctimai Birliyinin sədri Tahir Süleyman deyib.

Son günlər Türkiyə-PKK müharibəsinin yenidən alovlanmasından danışan T.Süleyman hesab edir ki, müharibə dayanmasa, bundan yalnız Türkiyə dövləti itirəcək. Onun fikrincə, türk xalqı ilə kürd xalqının inkişafına, firavan yaşayışına əngəl törədən xarici qüvvələrdir:

"Başda Amerika, İsrail, Avropanın bir sıra dövlətləri olmaqla, Yaxın Şərqdə yeraltı, yerüstü sərvətləri ələ keçirmək üçün Türkiyədə, Suriyada, İraqda oyun oynayırlar. Ölən kasıb kürdün və türkün uşaqları olacaq. Xarici qüvvələr Türkiyəni böyük miqyaslı vətəndaş müharibəsinə sürükləmək planı qurublar. Suriyanı bürümüş xaosu unutmaq olmaz. Bu planın gerçəkləşməsinə Türkiyə xalqları əsla yol verməməlidirlər. Türkiyə dövlətində sabitlik sadə türklərə və kürdlərə çox lazımdır. Bu sabitliyin pozulması isə xarici imperialist qüvvələrə gərəkdir. İki qardaş xalq arasında çaxnaşmanın genişlənməsini istəyən qüvvələrə bu istəklərinə çatmaq fürsəti vermək olmaz.

Hələ gec deyil, Türkiyə dövləti, onun türk və kürd vətəndaşları özlərini xarici düşmən qüvvələrin təhlükəli planlarının qurbanı olmaqdan birlikdə, çiyin-çiyinə dayanaraq xilas edə bilərlər".

Tarix
2015.08.02 / 09:00
Müəllif
Emil Salamoğlu
Şərhlər
Digər xəbərlər

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla