Yuxarı

İrəvan çökür: strateji obyektlər satışa çıxarıldı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan hökuməti elektrik enerjisi tariflərinin qaldırılması səbəbindən əhaliyə ödəyəcəyi kompensasiyanı Vorotan su elektrik stansiyasının kaskadının ABŞ-ın "Contour Global" energetika holdinqinə satmaqla əldə edəcəyi vəsaitlərin hesabına ödəyəcək.

APA-nın xəbərinə görə, bunu Ermənistanın Baş naziri Ovik Abramyan bildirib. "Ermənistan prezidentinin bəyan etdiyi kimi, hökumət elektrik enerjisi tariflərinin qaldırılması ilə bağlı xərcləri subsidiya hesabına kompensasiya edəcək. Vəsaitlər qeyri-büdcə mənbədən - Vorotan su elektrik stansiyasının kaskadının satılması hesabına əldə ediləcək", - Abramyan bildirib.

Qeyd edək ki, avqustun 1-dən Ermənistanda elektrik enerjisi tarifləri 16,7 faiz qalxıb.

Bu qərar Ermənistan cəmiyyətində kəskin reaksiyaya və qərarın ləğv olunmasını tələb edən etiraz hərəkatının formalaşmasına səbəb olub.

ABŞ-ın "Contour Global" energetika holdinqi iyunun 8-də Ermənistan-İran sərhədində yerləşən Vorotan su elektrik stansiyasının kaskadının sahibi olub. Holdinq bu strateji əhəmiyyətli obyekti 180 milyon dollara əldə edib.

Tarix
2015.08.02 / 03:00
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla