Yuxarı

Toylarda kütləvi zəhərlənmə ilə bağlı – Xəbərdarlıq

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının şadlıq evləri toy mərasimlərində yeni qaydalar tətbiq etməyə başlayıb.

Axar.az-a verilən məlumata görə, şadlıq sarayları toy məclislərinin gecə saat 12-dən tez yekunlaşmasını ənənə halına çevirir.

Restoran müdirlərinə bu barədə müvafiq tapşırıqlar verilib.

Toy mərasimlərinin ənənəvi vaxtdan bir qədər tez başa çatdırılmasına, süfrələrdən isti yeməklərin saat 9-dan sonra yığışdırılmasına göstəriş verilib.

Artıq bir neçə şadlıq sarayında toy saat 23:00-dan sonra yekunlaşır, süfrədə isə istisna yeməklər, meyvə və s. saxlanılır.

Buna səbəb kimi son vaxtlar toylarda qonaqların qidalardan zəhərlənməsi göstərilir. Sonuncu belə hadisə "Zəngəzur" restoranında baş vermişdi və nəticədə 77 nəfər xəstəxanaya yerləşdirilmişdi.

Toy mərasiminin vaxtından tez bitməsi isə islahatlar paketinin tərkib hissəsi kimi izah olunur.

Bu, məclislərdə kütləvi davaların qarşısını almaq, toy sahiblərinin işini nizamlamaq, hesabın ödənilməsi üçün daha münasib vaxt ayırmaq, o cümlədən restoranların xidməti personalının işini tezləşdirməklə əsaslandırılır.

Məlumatda bildirilir ki, bu günlərdə "Xarı bülbül" şadlıq evindəki toy məclisində qeyd olunan məqamlara rast gəlinib.

Qeyd edək ki, bəzi deputatlar da toy məclislərində israfçılığın aradan qaldırılması barədə təkliflər irəli sürüb.

Tarix
2015.08.28 / 21:26
Müəllif
Emil Salamoğlu
Şərhlər
Digər xəbərlər

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla