Yuxarı

Zaur Hüseynov Peqovla görüşdü - Bakıda/Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskva Metropoliteni rəisinin başçılıq etdiyi nümayəndə heyəti Bakıda rəsmi səfərdə olub.

Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən Axar.az-a verilən məlumatda bildirilir ki, avqustun 27-də Moskva Metropoliteni Dövlət Unitar Müəssisəsinin rəisi Dmitri Peqovun başçılıq etdiyi, rəis köməkçisi Dmitri Danilovun, işçi heyətinin peşə təmayülü, təlimi və inkişafı xidmətinin rəisi Pavel Kovalyovun daxil olduğu nümayəndə heyətinin Bakıya ikigünlük səfədə olub.

Səfər proqramı çərçivəsində Bakı Metropoliteni QSC-də görüş keçirilib.

QSC sədri Zaur Hüseynov bildirib ki, keçmiş SSRİ şəhərlərinin metropolitenləri arasında sıx əlaqələr həm formalaşmış ənənələrin qorunması, həm də yeni inkişaf dövründə elmi-texniki tərəqqinin, yeniliklərin tətbiqi baxımından xüsusi əhəmiyyət kəsb edir.

Bakı Metropoliteni QSC-nin sədri Zaur Hüseynov 2008-ci ildə metropolitenin perspektiv inkişaf sxeminin hazırlanması, 2011-ci ildə isə yeni sxemin və Dövlət proqramının təsdiq olunması barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı sərəncamlar, ötən müddət ərzində görülən işlər barədə məlumat verib.

Moskva metropoliteninin rəisi Dmitri Peqov dəvətə görə Bakı Metropoliteni QSC-nin rəhbərliyinə təşəkkürünü bildirib.

İşgüzar münasibətlərin dərinləşdirilməsi ətrafında müzakirələr aparılıb.

Moskva metropoliteni rəisinin başçılıq etdiyi nümayəndə heyəti metropolitenin "Nərimanov" elektrik deposunda, "İçərişəhər", "Gənclik", "Nəriman Nərimanov", "Nizami", "Memar Əcəmi-2", "Dərnəgül" stansiyasında olublar.

Dmitri Peqovun başçılıq etdiyi nümayəndə heyəti metropolitenin təlim-tədris mərkəzinin qatar maşinistlərinin texniki kabinetində, 81-760, 81-761,81–763 tipli qatarların tədris prosesinin yekunu olaraq, keçirilən imtahanları da izləyib.

Stansiyaların inşaatında da müasir texnologiyaların, həmçinin üsulların tətbiqinə başlanılıb. Təcrübə mübadiləsinin, sahələrin, mütəxəssislərin mütəmadi əlaqələrinin vacibliyi qeyd edilərək, əməkdaşlığın genişləndirilməsi ilə bağlı söhbət aparılıb.

İkigünlük səfərdən tam məmnun qalan qonaqlar Bakı Metropoliteni QSC rəhbərliyinə təşəkkürünü bildirərək, əməkdaşlığın daha da dərinləşdirilməsi və yeni məcrada davam etdirilməsi məqsədilə bakılı həmkarlarını Moskva metropoliteninə dəvət edib.

Tarix
2015.08.29 / 10:00
Müəllif
Günay Ali
Şərhlər
Digər xəbərlər

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla