Yuxarı

Güllələnən mayor Hacı Sabirin kürəkəni imiş – Açıqlama

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Öldürülən sabiq polis mayoru Nadir İbrahimov Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini, "Heydər" məscid-kompleksinin rəhbəri Hacı Sabir Həsənlinin kürəkəni olub.

Axar.az-ın xəbərinə görə, bu barədə "Təzadlar" qəzeti məlumat yayıb.

"Butastone" şirkətinin həmtəsisçisi olmuş N.İbrahimovu güllələyən Rövşən Həsənovun vəkili Elxan Süleymanov qəzetə bildirib ki, istintaq gedir: "Artıq Rövşən Həsənov ilkin ifadəsini verib.

Valideynlərinin də bildirdiyinə görə, o deyib ki, qətlə yetirilən Nadir İbrahimov ona telefonda dəfələrlə ağır formada ailə söyüb və sonda bundan özünə yer tapa bilməyən Rövşən məlum addımı atıb.

Rövşən Həsənov ziyalı ailədə böyüyüb, 18 yaşında müqəddəs Məkkəni ziyarət edərək hacı olub, bu günə kimi də özünü islam adətlərinə uyğun təmkinli və səbirli aparıb. O, böyüyə, ailəyə canıyanan olub, ədəb-ərkanı qoruyub. Təəssüf ki, belə bir hadisə baş verib".

Aznews.az xəbər verib ki, qatil kriminal aləmə yaxın adam olub. Qeyd edək ki, N.İbrahimov evlidir, iki uşaq atasıdır. O, məşhur müğənni Azər Zeynalovun qaynıdır.

Son vaxtlar mərhumun işlədiyi şirkətdə həmtəsisçi Namiq Əsədovla problemləri olub.

Qeyd edək ki, avqustun 28-də saat 01.00-da N.İbrahimov güllə yarası ilə xəstəxanaya gətirilib və xilası mümkün olmayıb.

R.Həsənov hadisəni törədərkən istifadə etdiyi "Makarov" markalı tapançanı və patron darağını təhvil verib. Qətlin qız üstündə olduğu deyilir.

Tarix
2015.08.29 / 12:21
Müəllif
Emil Salamoğlu
Şərhlər
Digər xəbərlər

Paşinyan keşiş Baqratı susdurmaq üçün buna əl atacaq

Əliyev olmasaydı, ölkə parçalanacaqdı - Şvıdkoy

Azərbaycan iki ölkə ilə təlimə başlayır

İcmadan fransız səfirin çıxışına - Reaksiya

5 il əvvəl Paşinyana Kəlbəcər və Laçınla bağlı nə təklif edilib?

Delimitasiyaya etiraz edənlərə qarşı cinayət təqibi başladı

Bu gün Nikola qarşı mitinq olacaq - Sərkisyan ölkədən qaçdı

Fransadan 4 kəndin qayıtmasına - İlk reaksiya

Makron narahatdır: Szinpinlə Vuçiç nə edir?

Sərhəddə bu ərazi Ordumuzun nəzarətinə keçdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla