Yuxarı

İslamı yasaqlayan bakılı prezident və qızı kimdir? – Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan mediası kafir prezidentdən yazır. Xəbər lentlərində və başlıqlarında Anqola dövlət başçısının Bakıda təhsil alması xüsusi vurğuyla qeyd olunur.

Sanki onun vaxtilə Teymurləngin "Allahsızlar yuvası" adlandırdığı Badikubədə tələbə olması "küləklər şəhəri"nin günahı imiş. Zira, gərək linç edib, qovaymışlar…

Eduardu duş Santuş məscidləri söküb, ibadət evlərini viran qoyub, Albaniya və SSRİ-dən sonra Anqolanı üçüncü ateist dövlətə çevirib, ölkədə islam dinini rəsmən yasaqlayıb.

Bu dinsiz rəhbər indi əl-Bağdadinin marginal dəstəsi olan "İslam dövləti"nin əlinə düşsə, ətini şişə keçirərdi, başını kəsib videosunu yayardılar, əlverişli imkan olsa, Anqolanı Suriyaya çevirərdilər. Ancaq hələ ki belə deyil…

Bəs, kimdir bu Anqola prezidenti və niyə islam qadağan olunub, bu suallar dərc olunan xəbərlərdə açıq qalıb.

Maraqlı olar deyə Axar.az onun bioqrafiyasına nəzər salıb:

Eduardu Afrikanın San-Tome və Prinsipi adlı ölkəsində fəhlə-inşaatçı ailəsində doğulub. O, MPLA partiyasına üzv olmaqla öz siyasi karyerasına qədəm qoyub.

1961-ci ildə müstəmləkə hökumətinin repressiyaları nəticəsində könüllü şəkildə sürgünü Fransada keçirib, daha sonra isə Konqoya köçüb. Burada MPLA ilə əməkdaşlıq etməyə başlayıb.

Tezliklə dos Santos prezident müavini vəzifəsini icra etməyə başlayıb və təhsilini davam etmək üçün SSRİ-yə yollanıb. Burada o Azərbaycan Neft Kimya İnstitutunu bitirib.

1979-cu ildə Anqolanın ilk prezidenti Aqostinyo Netonun vəfatından sonra bu vəzifəyə seçilən Xose Eduardo o gün-bu gün artıq 31 ildir hakimiyyətdir.

Ölkənin ikinci prezidenti 1992-ci və 2001-ci illərdə keçirilən seçkilərdə də qalib gəlib. Düzdür, o, axırıncı seçkilərdən sonra bir daha namizədliyini verməyəcəyini bildirib.

***

Anqola rəsmi statistikasına görə, ölkə ixracatının 85 faizi neftin payına düşür. Adam başına düşən milli gəlir 5020 dollardır. 2008-də bütün Afrika boyu iqtisadi inkişaf 5 faiz olduğu halda Anqola iqtisadiyyatı 15 faiz inkişaf edib.

Ölkədə neft, almaz, kofe, balıq ixracı hakim ailənin əlindədir. Onun birinci nikahından olan qızı İzabel duş Santuş Londonda yaşasa da, Anqolanın ən varlı adamıdır.

İzabel Afrikanın ilk milyarder qadını sayılır. Ölkənin ən böyük mobil operatoru "Unitel"in, ən böyük bankı "Banco Bic"in səhmdarıdır. Eyni zamanda xarici ölkələrin şirkətlərində pay sahibidir. 2013-cü ilin statistikasına görə, rəsmi varidatı 2 milyard dolları keçib.

Onun Portuqaliyanın BPI bankının aksiyalarının 19,5 faizinə - 465 milyon dollara yaxın sahib olduğu bildirilir.

Bundan əlavə, Portuqaliyanın ZON kabel televiziyasının aksiyalarının 28,8 faizi də İzabelə məxsusdur. "Forbes" bu sobctvennost-un dəyərini 385 milyon dollar olduğunu açıqlayıb.

Bundan əlavə, o, Anqolanın BIC bankının aksiyalarının 160 milyon dollarına sahibdir. Üstəlik, İzabel Bakıda doğulub. Anası Tatyana Kukanovadır. Amma prezidentlə boşanıblar.

***

"İslam dininin qadağan edilməsi, onun Anqola xalqının mədəniyyətinə və dəyərlərinə zidd olmasıdır" - dövlət rəsmiləri qərarı belə şərh edib. Anqolanın 16 milyonluq əhalisinin əksəriyyəti xristian dininə ibadət edir.

ABŞ Dövlət Departamentinin məlumatlarına əsasən, bu ölkədə təxminən 90 min müsəlman yaşayır və onların əksəriyyəti Qərbi Afrika, Livandan gələn miqrantlardır.

Əslində, 2013-cü ildə islamın qadağan olunduğu haqda xəbərlər yayılmışdı. Amma sonra rəsmilər təkzib etdi. İki il sonra yenidən islam 90 min anqolalı üçün yasaqlanıb.

Afrikanın sabit ölkələrindən sayılan Anqola üçün qara günlərin başlanacağını ehtimal etmək olar. Dövlətin bu radikal qərarı elə marginallaşmış radikal təriqətlərin bu ölkədə fəallaşması üçün ən yaxşı imkandır.

Tarix
2015.09.04 / 08:45
Müəllif
Emil Salamoğlu
Şərhlər
Digər xəbərlər

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla