Yuxarı

Deputatdan sorğuya etiraz: “Adımızı çıxarın”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Deputat 2015" səhifəsində "Son 5 ilin ən yaxşı deputatı kimdir?" adlı sorğu keçirildiyini bildirdilər. Həmin Feysbuk səhifəsində səsvermənin hətta ikinci mərhələsi başlayıb və orada Azay Quliyev, Fazil Mustafa və Vahid Əhmədovla yanaşı daha iki həmkarımız yer alıb.

Axar.az xəbər verir ki, bunu deputat Fazil Mustafa Feysbuk səhifəsində yazıb. Onun sözlərinə görə, sosial şəbəkələrdə belə bir rəy sorğusunun keçirilməsinə maraq başadüşüləndir:

"Həmçinin bizə dəstək olan və fəaliyyətimizi qiymətləndirən hər kəsə, xüsusilə də seçicilərimizə öz minnətdarlığımızı bildiririk.

Lakin səhifədə digər millət vəkillərinin ünvanlarına etikadan kənar, həqiqətləri əks etdirməyən ifadələr, təhqirlər söylənilir. Belə hesab edirik ki, bu cür yanaşma onlara qarşı haqsızlıqdır".

Deputatın fikrincə, millət vəkillərinin qarşı-qarşıya qoyulması və tərəfdarların arasında lüzumsuz mübahisələr doğru deyil:

"Ümumiyyətlə, bu cür subyektiv sorğuları elmi-metodologiyaya əsaslanmadığı üçün aktual hesab etmirik. Bütün bunları nəzərə alaraq biz - Azay Quliyev, Fazil Mustafa və Vahid Əhmədov adlarımızın sorğudan çıxarılmasını xahiş edirik".

Tarix
2015.09.04 / 09:28
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

Bakıdan sülh sazişi ilə bağlı təkliflər aldıq - İrəvan

Əliyev Ştaynmayerlə görüşdü, xatirə kitabını imzaladı

İrəvan Bakıdan sülhlə bağlı növbəti təklifləri aldı

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

Prezident BƏƏ naziri ilə görüşdü

Əliyev Berbokla görüşdü

Azərbaycanla Ermənistan arasında müharibə... - Pakayin

Media məkanımızı bundan qorumalıyıq - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla